30 Temmuz 2014 Çarşamba

Sadəcə qadınların anlaya biləcəyi filmlər

Bu gün sizə sadəcə qadınların anlayıb, sevə biləcəyi filmlərdən bəhs edəcəm.

Bugün sizə sadəcə qadınların anlayıb sevə biləcəyi filmlərdən bəhs edəcəm.Birçox qadının həyatından 3 faktor mühüm rol oynayır, rəfiqələr, romantika və karyera.Aşağıda bəhs edəcəyim filmləridə 3 kateqoriyaya ayırıb yazıramki nəyi izləmək istədiyinizi rahatlıqla seçə biləsiniz.Bu filmlrdə özünüzüzü tapacaqsınız.
Beləliklə ilk kateqoriya rəfiqələr:
1. Секс в большом городе (2008-2010) Sex and the City 
Kennedi Buşnelinneyni adlı əsərinə çəkilmiş bu filmlər 4 fərqli xasiyyətli rəfiqədən və onların başına gələnlərdən bəhs edir.2008 ci ildə çəkilmiş ilk versiyada rəfiqələr yenədə bir yerə yığışır Kerri nəhayətki "mister Biqi" evliliyə razı salır. Miranda onu aldadan əri ilə problemləri həll etməyə çalışır.Şarlotta nəhayəki hamilə qalır.Samanta isə yenədə özündən yaşca balaca manikenlə sevgi məcərasına başlayır. Tək dəyişməyən isə sadəcə aralarındakı dostluq olur. Həm qadın dostluğundan həmdə qadın problemlərindən danışan bu iki filmi hətta eyni adlı seriyalı belə izləəyinizi tövsüyə edirəm.Bu filmi 25 yaşın üstündə xanımların  və dəbli həyatı sevən xanımların daha çox sevəcəyini güman edirəm.

2.Другая женщина-The Other Woman 2014 cü ildə hələlik ən bəyəndiyim komediyalardan biridi.Burada 3 qadının birləşərək onlara xəyanet edən kişidən aldığı intiqamdan bəhs edir. Bu filmədə sadəcə qız rəfiqələrinizlə baxmağı tövsüyə edirəm.

3.Оторва-Wild Child bu filmi daha çox gənc qızlar bəynəcək.Oxumaq üçün ingilis məktəbinə göndərilən gənc, özündən razı böyüdülmüş xanım məktəbdən qovulmaq üçün əlindən gələni edir.Bu əsnada qazandığı dostluqlarla və başına gələnlər izləməyə dəyər.

4.Война невест-Bride Wars.Emma və Livin dostluğu eyni gündə təyin olunmuş toy günü ilə çıxılmaz bir yola düşür.Heçkim qarşısındakına güzəşt etmek istəmir.Beləliklə gizli mübarizə başlayır.

5.Дрянные девчонки-Mean Girls.İki hissədən ibarət olan bu filmidə qızlar çox sevəcək.Məktəbin ən üzsüz qızının keçmiş sevgilisinə vurulan baş qəhramanın yaşadıqlarından və dostluqlarından bəhs edir. İkinci hissədə isə Ebbi bə Conun dostluğundan bəhs edir.Biri varlı və qorxaq digəri kasıb ancaq cəsur.Conun ailəsi gizlincə Ebbiyə Co ilə dostluğu müqabilində pul təklif edir.Sonrası isə özünüz izləyin.

6.Холостячки-Bachelorette illər sonra kilolu sinif yoldaşının toyu üçün bir yerə gələn rəfiqələrdən  bəhs edən bu filmin sloqanı "pis qızların hərşeyi əldə edir" dir .

7. Монте-Карло-Monte Carlo filmin sloqanı "bəzən özün olmaq üçün ,başqası olmalısan" dır. Parisə yola düşən 3 rəfiqənin 5 ulduzlu otelə təsadüfən girməsi ilə başlayan  bu filmdə qızlardan biri  varlı ingilis ailəsində olan bir qıza bənzədilir və onun  həyatını yaşamağa başlayır.

8. О чём молчат девушки bu rus komeidyasında İspaniyaya yola düşən 4 rəfiqə nədən susduğundan və nələri xəyal etdiyindən danışır.

9.Сдохни, Джон Такер! John Tucker Must Die 4 köhnə rəfiqə  birləşib məktəbin ən özündən razı oğlanını məcazi mənada desən sındırmağa qızlara söylədiyi yalanların intiqamını almağa çalışır.Ancaq bunu bacaracaqlar?

10. Женщины The Women özünü xoşbəxt hiss edərkən aldadılan Meriyə hərşeydən çox rəfiqələrinin dəstəyi lazımdır.

19 Temmuz 2014 Cumartesi

Atəşfəşanlıq öldürür

Atəşfəşanlıq öldürür 

Bütün bayramlarımızı,toyların, ad günlərinin artıq ən-ənəvi sonluğuna çevrilən atəşfəşanlıq.Görüntü söz ola bilməz gecənin qaranlığında səmanın fərqli işıqlarla bəzədilməsi bir çox insana zövq verir.Ancaq çox az adam yəqinki bu görsəl əyləncənin fəsadlarını və ətrafa verdiyi ziyanları düşünüb.Şəxsən mən hər zaman əleyhinə olmuşam bu dırmaq arası əyləncənin.Rayonların birində dincələrkən gecə yarısı saat 1 də güclü atəş səsinə oyandım.Yuxu sərsəmliyi ilə 5 -6 dəqiqə sonra anladım bu səsin atəşfəşanlıq səsi olduğunu.Necə qorxduğum qalsın bir kənara balaca qızımın qorxaraq oyanmaması üçün nə edəcəyimi bilmirdim.Atəşfəşanlığı sevmirəm çünki hər dəfə kimlərsə baxıb zövq alarkən mənə müharibə şəraitində yaşayan ölkələrdə göydən yağan bombaları, silah səslarini anımsadır bu səs.Gözümün önünə belə ölkələrdə təlaşla yaşayan insanlar gəlir.Atəşfəşanlığı sevmirəm çünki bu səslə narahat olan qocalar, uşaqlar və xəstələr gəlir gözümün önünə.Atəşfəşanlığı sevmirəm çünki havada milyonlarla quşların ölümünə səbəb olur və havanı kirlədir bu səs.Və nəhayət atəşfəşanlığı sevmirəm çünki milyonlarla pul xərclənir halbuki köməyə ehtiyacı olan milyonlarla insan var.Atəşfəşanlığı sevmirəm çünki oda partlayıcı maddədir və xüsusi ehtiyatla və risqlə partladılır.İnsan haqqları,heyvan haqqları, hava kirliliyi deyə səs salan bir çox insan və qürumlar buna bir dur deməlidir artıq.Siqaret və içkidə insana zərərlidir.Bütün reklamlar,televiza xəbər verir və hətta qutuların üzərinə belə yazılır sağlamlığa ziyan olduğu.Bəzi insanlar tərgidsədə bəziləri imtina edə bilmir aldığı zövqdən.Ancaq bu həmin şəxsin şəxsi həyatıdı və öz qərarlarıdı heçkim qarışa bilməz.Ancaq atəşfəşanlıq biz istəməsəkdə həyatımıza girir.Gecələr xüsusuilə yaşayış zonalarında maşının siqnalına basmaq,yüksək səs qadağandır.İctimai asayişi pozmaqdan hər an polis sizi cəzalandıra bilər.Ancaq hər dəfəsində bu zərərli səsə heçkim dayan demir.
Yüksək səsin heyvanların ölümünə səbəb olmasından və çevrəyə verdiyi zərərdən ötrü atəşfəşanlıq bəzi ölkələrdə və şəhərlərdə məsələn İtalya’da Venesiyada və Milanda 2011'de yasaqlandı. İtalya Çevrə və Heyvanları Qoruma Dərnəyinin hər yeni il gecəsində fişənk istifadəsinin 5 min evcil və yabanı heyvanın  ölümünə səbəb olduğunu açıqlamasıyla Torino Bələdiyəsi atəşfəşanlığı yasaqladı. Bari’də də eyni səbəbdən yasaqlanarkən Milanda hava kirliliyi səbəbiylə yasaqlandı.İtalya’da Verona, Bologna, Ancona, Olbia, Messina və Palermo başda olmaq üzərə toplam 800 bələdiyə atəşfəşanlığı qadağan edib.Mən ümumiyyətlə atəşfəşanlıq olmasın demirəm.Təbiiki insanların əylənməyə haqqı var.Heç deyilsə ildə 1 gün olsun.Ancaq hər bayram, hər toyu hər əyləncə bu sonluqla bitməsin. Bunun yerinə hər sevincli günün sonunda başqa evləri,başqa insanlarıda sevindirmək üçün hər hansı bir yardım kampaniyası olsa daha faydalı və sevindirici olar.

Çaxoxbili resepti

Çaxoxbili resepti.
Bugün  gürcü mətbəxindən Çaxoxbili resepti paylaşacam.Ancaq bu reseptdə çox fərqli reseptlərlə zövqə uyğun hazırlanır.Mən bizim evdə mənim hazırladığım Çaxoxbili reseptini paylaşıram.Ola bilərki siz tamamilə fərqli hazırlayırsınız.
Beləliklə lazım olan ərzaqlar:1,5 kilo bütöv toyuq (kənd toyuğu olsa daha dadlı olar),2 baş soğan,5 pomidor,2 diş sarımsaq, 1 çay qaşığı xmeli-suneli (gürcü ədviyyatı),1 dəst reyhan,1 dəst kişniş, günəbaxan yağı və zövqə görə duz istiot.
Әvvəlcə toyuqları doğrayın və bir qazanda yağsız yaxud çox azca yağla azca qovurun. Sonra toyuqları ayrı qazana alaraq üstünə azca su əlavə edib bişirirəm.Toyuğu qovurduğum yağda xırda doğranmış soğanıvə döyülmüş sarımsağı  rəngi qəhvə rəngi olanadək qovururam. Üzərinə pomidoru əlavə edərək yenə qovururam.Hazır olan toyuğu sümüyündən tamamilə ayırıb.Pomidorlu qarışıma əlavə edirəm.Üzrinə bütün ədviyyatları əlavə edərək.20 dəqiqə qapağı bağlı öz yağına düşənədək bişirirəm.Süfrəyə verməzdən əvvəl xırda doğranmış göyərtiləridə əlavə edib qarışdırıram.Nuş olsun!

Saçivi badımcanla

Saçivi badımcanla 
Gördüyünüz bu yemək badımcan dolmasına bənzəsədə Gürcüstan mətbəxindən Saçividir.Həm yüngül həmdə faydalı olan bu qəlyanaltı hazırlanması sadə olmasına baxmayaraq çox ləziz və göz oxşayandır.Tərkibi:200 qram qoz, 2 diş sarımsaq, 1 baş soğan,5 badımcan orta boy, kişniş,2 yemək qaşığı üzüm sirkəsi,1 çay qaşığı xmeli suneli ədviyyatı,bitki yağı,duz.
Әvvəlcə badımcanlar badımcan dolmasında olduğu kimi ortasından kəsilir və duzlanır. Simiçka yağında qızardılır.Sonra sobada hazır olanadək bişirilir.Kənarda qoz mətbəx robotundan  keçirilir,baş soğan xırda doğranılır vəbitki yağında qovrulur.Qoza qovrulmuş soğan,Xmeli suneli, duz,istiot,döyülmüş sarımsaq,sirkə vəxırda doğranmış kişniş əlavə edilib qarışdırılır.Hazır olan badımcanların içi bu qarışımla doldurulur.
Beləliklə Saçivi hazırdır.Nuş olsun!

18 Temmuz 2014 Cuma

Kısır resepti

Kısır resepti 
Xüsusən yaz aylarında həm yüngül, həm doyumlu həmdə faydalı bir qəlyanaltıdır Kısır.Türk mətbəxinin ən-ənəvi ləzzəti olan Kısırı bir çox bölgələr fərqli şəkildə hazırlayır.Sizdə öz damaq dadınıza uyğunlaşdıra bilərsiniz.
Tərkibi :
1,5 su st. incə bulgur,
1,5 su st. su,
1 yemək qaşığı tamat,
1 yemək qaşığı bibər tamatı
1 balaca qaşıq toz qırmızı bibər,
4-5 sap təzə göy soğan (istəyə bağlı),
2 pomidor,
2 xiyar,
1 kasa doğranmış cəfəri,
1 kasa doğranmış şüyüd
1 balaca qaşıq sumaq,
1 balaca qaşıq nanə,
1 balaca qaşıq kəkotu,
1 fincan maye yağ,
duz
Narşərab.
Hazırlanışı :
Bulguru yuyub bir qazana tökün və suyu əlavə edin.
İstədiyiniz miqdarda duz veə1 yemək qaşığı  zeytunyağt qatıb qapağını bağlayın ve ocağın altını ən aşağı seviyyəyə gətirin,
Bulğurlar suyunu çəkəndə  altını söndürün və qapağı bağlı 20 dəq.qədər dinləndirin,
Yağı qızdırıb içinə  tamatları ve toz bibəri əlavə edib qovurun,
Tamatlı qarışımı bulğura əlavə edin  qarışdırın,
Әdviyyatlarınıda əlavə edib qarışdırın.
Göyərtisini vurub  qarışdırın,
Xiyar və pomidorun kubik doğrayıb süfrəyə verilməzdən əvvəl bol narşərabla birlikdə əlavə edin.Kahıyla bərabər süfrəyə verin.Nuş olsun!

Sırnik resepti

Sırnik resepti
Səhər yeməkləri üçün dəyişik və faydalı Rus mətbəxinin qədim ləzzətlərindəndir Sırnik.Xüsusilə də kəsmiyi sadə yeyə bilməyənlər üçün idealdır.Lazım olan ərzaqlar: 300 qram kəsmik,1 yumurta,1 çimdik duz,3 yemk qaşığı şəkər tozu, 1/3 stəkan un.Bütün bu ərzaqlar qarışdırılır və eynicinsli kütlə əldə olunur.Katlet elədiyiniz kimi əlinizdə dairəvi formalar verin.Qızmış yağda bir üzü 2 dəqiqə ağzı açıq qızardılır sonra digər üzü qapağı bağlı olaraq bişirilir.
Yanında cem,mürəbbə və ya qatılaşdırılmış süd ilə süfrəyə verilir.Nuş olsun!

Sırdaq resepti

Sırdaq resepti
 İndi paylaşacağım yemək Lənkəran mətbəxindən çox sadə reseptdir. Yeməyin adı sırdaqdır.Bildiyimə görə sır sarımsaq dağ isə yağın dağ olması kimi yozulur.
Bunun üçün lazım olan ərzaqlar:10 uzunsov badımcan,3-4 diş sarımsaq,3 pomidor, yarım su stəkanı maye yağ və istəyə bağlı olaraq cəfəri.Әvvəlcə badımcanlar 0,5 sm enində uzununa doğranılır, duzlanılır və acı suyu çıxarılır.Yağ tavaya tökülür və qızdırılır.Yağ tam qızdıqdan sonra badımcanlar qızardılır və bir kənara yığılır.Sonra pomidorlar halqa halqa doğranılır.Sarımsaqlar döyülür.Sarımsaqlarıda xırda xırda doğraya bilərsiniz.Ancaq mən sarımsağı döyməyi məsləhət görürürəm.Xüsusi ilədə  taxta həvəngdəstə ilə.Belə  sarımsaq vitaminini yeməyə vermiş olacaq.Sırdağı bişirəcəyiniz qazana əvvəlcə badımcanlar düzülür sonra pomidor və sarımsaqlar,belə bir neçə qat yığılır.Qazanın ağzı bağlanıb zəif xodda bişməyə buraxılır.Mən sırdağı bişməyə qoymazdan əvvəl üzərinə ərinmiş dağ olmuş kərə yağı azca əlavə etdim.Bu istəyə bağlıdır.Sırdağı qovrulmuş soğanlada bişirə bilərsiniz.Buda zövqə görə dəyişir.Bir çox Lənkəran zonasında  sırdağı dəmə qoyarkən üzərinə doğranmış cəfəri əlavə edilir.Bütün bunları zövqünüzə uyğunlaşdırıb bişirə bilərsiniz.Nuş olsun!

Toyuqlu əriştə

Toyuqlu əriştə 
Bugün sizinlə həm yüngül, həm faydalı,həmdə doyumlu toyuqlu əriştə reseptini paylaşacam.Çin mətbəxindən olan bu reseptin özəlliyi tərkibinə əlavə edilən tərəvəzlərin yarıçiy olmasıdır.
Beləliklə "noodles" bişirmək üçün sizə lazım olan ərzaqlar.:1 diş sarımsaq,1 toyuğun ağ əti,1 kiçik boy kələmin yarısı, 2 yer kökü,2 bibər, 1 toyuq suyu tablet,3 yemək qaşığı soya sosu, yarım armudu stəkan zeytun yağı və "noodles" əriştə.
Әvvəlcə zeytun yağında əzilmiş sarımsaq azca qovrulur üzərinə jülyen doğranmış toyuq əlavə olunub qovrulur.Toyuq qovrulana qədər kənarda əriştə üçün su qoyulur və qaynadıqdan sonra makaron kimi qaynadılıb süzülür.Әrişdə tez bişdiyi üçün ehtiyatlı olun çox bişməsin.Bu arada toyuq bişdikdən sonra üzərinə soya sosu,əzilmiş toz kimi toyuq tablet əlavə edilir.Soya sosu və toyuq tabletdə duz olduğu üçün duzu vurarkən ehtiyatlı olun.Sonra üzərinə kök əlavə edilib azca  qovrulur.Ancaq ən əsası tərəvəzləri çox bişirməyin yeyərkən ağızda yarı çiy qalmalıdır.Kökdən sonra isə yenə jülyen doğranmış bibər,kələm və göy soğan əlavə edilir.Zövqə bağlı olaraq yer fıstığıda əlavə edə bilərsiniz.
Әn son hazır olan ərişdə ilə qarışdırılıb azca dəmləndikdən sonra süfrəyə verilir.Bu yeməyin ən əsas şərti tərəvəzlərin yarı çiy olmasıdı.Tərəvəzləri zövqünüzə uyğun dəyişdirə bilərsiniz.Çin restoranlarında bu yemək susam yağı ilə hazırlanır.Ancaq susam yağı biraz allergik yağ olduğundan istifadə edərkən ehtiyatlı olun. Birdə belə yeməklər əsasən voq tavada hazırlanır. Ağzınızın dadı dəyişilsin həm yüngül həmdə faydalı bir ləzzət istəyirsinizsə bu resept tam sizə görədir.Nuş olsun!

30 Haziran 2014 Pazartesi

Dini filmlər

Dini filmlər
Bu isti ramazan günlərində hamının seyr etməsi,ibrət alması üçün ən gözəl dini filmlərin siyahısını sizinlə paylaşıram.
Bu filmlərə baxarkən  vaxtın necə keçdiyini bilməməklə yanaşı dəyişildiyinizi,zənginləşdiyinizi hiss edəcəksiniz.
Dinin təriqət davalarından ibarət olmadığını  necə üstün olduğunu, sevgi,insanlıq,paylaşımın islam olduğunu bir daha görəcəksiniz.İbrətli sözlərlə dolu bu filmləri ailənizlə bərabər izləyin. Birdə onların ağzından eşidin islamı.

1. "Çağrı"
Çağrı rejissorluğunu Mustafa Akkad'ın etdiyi, 1976 ildə yayımlanan İslamiyet'in doğuşunu mövzu edən filmin adıdır.

Film İslamiyətin, peyğəmbər Məhəmməd (s.a.v) in öndərliyində doğup yayılmasını anlatmakdadır. Filmin hamısı yaxın Libya'da, bəzi yerləri ise Fas'ta çəkilmişdir. Filmdə Məhəmməd peyğəmbər s.a.v in  üzü  gösterilməmiş, sadecə bəzi hadisələr onun gözüylə göstərilmişdir.

2.Ashab-ı Kehf 

1999 yılı İran filmidir rejissorluğunu Farajullah Siahjar yapmıştır. Jafar Dahkan, Jihanbahsh Soltani, Mahtab Querameti kimi oyunçuların rol aldığı filmin mövzusu Quramda yer alan möcüzədən götürülmüşdür.
Həzrəti İsa'nın doğumundan 137. Roma İmparatorluğu'nun doğusundan 890 il sonra yaşanmış gerçək bir hadisə.  Romada tək Allahlılıq hər keçən gün yayılmaqda idi . İman həqiqətinin arxasındakı  cəsur insanlar çətinliklərə baxmayaraq tək tanrıya olan inançlarını hayqırmakdadır. Romalılar buna seyirci qalmayıb yeni dinə girənlərə işgəncələr etməyə başlayır.Ancaq İsəviliyin yayılmasının qarşısında dura  bilmirlər.İmparatorluğunun Filedefilya (bugünkü Amman) əyaləti iləridə Qur'an-ı Kərim'də bəhsi keçəcək möhtəşəm bir möcüzəyə şahidlik edirlər. Bu inançları uğruna bütün  çətinlikləri gözə alan yeddi cəsur adamın, Romalıların zulmündən  qaçarkən bir gecədə yüzlercə illik yuxuya gedənlərin möcüzəsini  izləyəcəyiniz möhtəşəm bir filmdir.

3.Hz. Meryem 

2002 ildə İranlı rejissor Shahriar Bohrani tərəfindən hazırlanan, biyografiya janrında bir filmdir.Mövzusu Hz.Məryəm və İsa Məsihin doğumudur.Bu filmidə məncə hər müsəlman izləməli və özünə dərslər çıxarmalıdır.

4.Hz. Süleyman’ın Krallığı 

2010 İran  savaş ve tarix janrındakı Hz. Süleyman’ın Krallığı  filminin rejissorluğunu Shahriar Bahrani etmişdir.Başrollarında  ise Amin Zendegani, Abas Ghelich Loo, Javad Taheri, Sirous Saber və Arjang Amirfazli yer almaqdadır. Hz. Süleymanın Krallığı savaş ve tarix filmində həm Peyğəmbər həmdə  Kral olan Hz.Süleyman ‘ın həyatının en gözəl anlatıldığı film olmaqdadır.Uca Allah’ın Hz.Süleyman ‘a verdiyi güc ve əmrinə verilən hayvanların, cinlərin ve rüzgarın boyun əydiyi  Qur’an-ı Kərim ‘də ayətlərlə anlatılmaqdadır.

5.Hz. Rabia
Yaşamış olduğu sadə həyatıyla islam yolunda ömrünü keçirmiş olan Hz. Rabia ona edilən zulüm qarşısında belə yolundan dönməyərək bütün müslümanlara örnək olmuşdur. Filmdə Hz. Rabia’nın həyatından danışılır.

6. Bilal habeşi.
Çətin İnancın rejissorluğunu etdiyi Bilal Habeşi həzrətlərindən danışan bir film.

7. Bişri Hafi 
Zəngin bir ailənin oğlu olan Bişr, etrafındakıların təşviqiylə atasından qalan mirası har vurup harman savurmağa başlayır.. Elindən bir iş gəlməməkdədir.Qonşusu  dəmirçi Cəfər, Bişrin atasının dostudur. Bişrin yaxşı insan olmasına çalışsada faydası olmaz. Bir gün sərxoş ikən Bişr, palçıqların  içərsində bir kâğız görür, alıb baxır.Bundan sonra həyatı dəyişir.

8.Hz. Yusuf .
Başrolunda  İranlı aktyor Mostafa Zamani’nin oynadığı İran Farajullah Salahshur filmi.
Film Hz Yusifin həyatından danışan möhtəşə bir filmdir.15'er bölümlük 3 sezondan ibarətdir.
1.Sezon: Uşaqlıq Dönəmi
2.Sezon: Zindandan Saraya
3.Sezon: Vüsal.

9.Hz Eyyub filmi.
Hz Әyyub səbr timsalı bir peyğəmbər olmuşdur.Onun çəkdiyi əziyyətlər və səbri bu filmdə möhtəşəm bir şəkildə ifadə olunmuşdur.

10.Veysel Karani
Peyğəmbərimiz zamanında yaşamış Peyğəmbərimiz s.a.v i görmək eşqiylə yanan ancaq xəstə anasını qoyub gedə bilməyən müqəddəs bir insandan danışan bir filmdir..

Bütün bu filmləri sözlə ifadə etmək mümkün deyil onları sadəcə seyr etmək lazımdır.Filmlərin bir çoxuna indi verəcəyim internet saytından türk dilində seyr edə bilərsiniz.Seyr edib çox şey öyrənəcəyinizə və başqa bir boyuta keçəcəyinizə sizi əmin edirəm.Sayt isə budur. www.film.dinihizmetler.com

29 Haziran 2014 Pazar

Göyərtili tepsi börəyi

Göyərtili tepsi börəyi

Bu reseptde çox sadə və ləzizdir.Lazım olan ərzaqlar hazır türk yufkası və yaxud lavaş ,soğan ,2 yemək qaşığı yağ,ispanaq və zövqünüzə uyğun göyərtilər,ağ pendir.Sosu üçün lazım olanlar qatıq vəya süd 1 stəkan , 1 yumurta, 3 yemək qaşığı zeytun yağı.
 Soğan xırda xırda doğranılıb yağda azca qovrulur,göyərtilərdə əlavə olunub suyunu çəknə qədr qovrulur.Soyuduqdan sonra duz,istiot vəağ pendir əlavə olunub qarışdırılır.
Әvvəlcə hazırlayacağınız təpsiyə lavaş düzülür,hər dəfə arasına sos vurularaq 3 qat lavaş düzülür. Birinci lavaşın qırağı daşacaq şəkildə qoyulurki üzəri sonda onunla bağlanacaq.Göyərti sərpişdirilir üzəri yenə3 qat lavaşla bağlanıb sobaya verilir.Nuş olsun!

Milföylü gül

Milföylü gül

Bu çox  sadə qəlyanaltının həm hazırlanışı sadə həmda görünüşü çox gözəldir . Milföy xəmiri 2 barmaq enində uzununa kəsilir çəngəllə deşdəklənir, aralarına yarım ay şəklində doğranmış kalbasalar düzülür və yumrulanıb gül formasına gətirilir.Kənarlarına yumurta sarısı sürtülərək sobaya verilir.Mənim kənarlarına yumurta sarısı sürtmək yadımdan çıxdığı üçün şəkildə göründüyü ağ çıxıb.Siz unutmayın.Nuş olsun)

Milföy kasasında sosis

Milföy kasasında sosis 

Lazım olan ərzaqlar:12 yarpaq milföy xəmiri (qat-qat) xəmir, 7 ədəd sosis, holland pendiri və 1 qaşıq tamat.
Әvvəlcə milföy xəmirlrinin hazırlanışından yazacam.Siz bu kasalarda həm salat ve yaxud istədiyiniz qəlyanaltı qoyub süfrəyə verə bilərsiniz.
Şəkildə görsəndiyi kimi biraz böyük ağızlı stəkan və ondan biraz balaca stəkan və yaxud qəliblə milföy xəmirini kəsirik. Böyük ağızlı stəkanla iki dairə kəsirik sonra digər dairəni balaca stakanla birdə kasib kəsilmiş kənarı bütöv dairənin üzərinə qoyuruq.Yağlı kağızın üzərinə düzüb ortalarını çəngəl ilə deşdəkləyir, sobaya veririk.
Onlar bişənə qədər sosisləri istər adi dairə istərdə gül formasında kəsirik.Yağda azca qızartıqdan sonra üzərinə yarım stəkan suyun içində açılmış tamat əlavə edirik.Suyu çəkiləndə sobadan alıb hazır olan milföy kasalarının içinə düzürük.Sobada azca bişdikdən sonra üzərlərinə rəndəlnmiş hollanda pendirlərini üzərlərinə paylaşdırıb yenə sobaya veririk.Holland pendiri  əridikdən sonra süfrəyə verilir.Nuş olsun. 

23 Haziran 2014 Pazartesi

Çığırtmalar

Çığırtmaa 

İsti yay günlərində hamının evdə tez tez hazırladığı yeməklərdəndir "çığırtma" Azerbaycan dilində niyə belə deyilir bilmirəm.Amma bir çox çeşidi var "pomdior çığırtması", " badımcan çığırtması" , "toyuq çığırtması" vəsairə)))
Pomdior çığırtması və  badımcan çığırtmasının reseptini yəqinki hamı bilir ancaq bilməyənlər varsa aşağıdakı video reseptlərlə sizə daha aydın olacaq. Ölçüləri zövqünüzə uyğun olaraq dəyişə bilərsiniz hətta əlavələrdə edə bilərsiniz.
İlk olaraq pomdir çığırtması üçün pomidor,yumurta,kərə yağı və bibər,hətta soğanda əlavə edə bilərsiniz.Soğanda əlavə edəcəksinizsə əvvəlcə soğan yağda qovrulur sonra pomidor və bibər əlavə olunur.Suyunu çəkdikdən sonra duz ,istiot və çırpılmış yumurta əlavə olunur.Әsasənda səhər yeməklərinin bəzəyi olan pomidor çığırtması hazırdır.

Badımcan çığırtması

Badımcan çığırtmasındada istədiyimiz ölçüdə badımcan, soğan,kərə yağı və  yumurta ilə hazırlanır. Әvvəlcə xırda doğranmış soğan qovrulur. Sonra yuyulmuş ,soyulmuş və doğranmış badımcan əlavə olunub qovrulur. Hazır olduqdan sonra üzərinə duz ,isti ot və çırpılmış yumurta əlavə olunur.Yanında qatıqla süfrəyə verilir.Nuş olsun!

17 Haziran 2014 Salı

Dadlı Çiyələkli Cheesecake resepti

 Soyuq Cheesecake resepti

İsti yay günlərində soyuq yüngül və faydalı bir şirniyyat çeşidi olan Cheesecake yəqinki sevməyəniniz yoxdur. Cheesecake iki cür hazırlanır sobada və soyuducuda.Bugün sizinlə sobaya  gərək qalmadan soyuducuda hazırlanan cheesecake reseptini paylaşacam.
Tərkibi :

Peçenye – 250 qram
Kərə yağı - 350 qram
Şəkər tozu – 350 qram
Kəsmik  – 900 qram
Xama– 300 qram
Sulu qaymaq – 500 mililitr
Çiyələk – 500 qram+ şəkər tozu – 150 qram və yaxud hər hansı bir mürəbbə 350 qram
Vanil  şəkəri– 1 yemə qaşığı
Jelatin  – 35 qram

Vəəəəə hazırlanışı:
 250 qram peçenyeni ətçəkən maşından,blender və yaxud oxlov ilə xırdalayırıq. Xırdalanmış peçenyeyə  2 yemə qaşığı şəkər tozu əlavə edib qarışdırırıq 150 qram ərinmiş kər yağını əlavə edib eynicinsli məhlul alınana qədər qarışdırırıq.
Tortu verəcəyimiz boşqaba  tort hazırlanmaq üçün olan üzük formalı ortası çıxan28 sm.lik  qəlibi qoyuruq. Ortasına peçenye qarışımını töküb düz yayırıq və soyuducuya qoyuruq.
900 qram kəsmiyi süzgəcdən vəya ət maşınından keçiririk.Kənarda 30 qram jelatinin üzərinə 1 stəkan su əlavə edib həll olması üçün 20 dəqiqə kənara qoyuruq.
Mikserin  qabına 200 qram yumuşaldılmış kərə yağını qoyuruq və 1 yemək qaşığı şəkər vanili əlavə edib mikserlə çalırıq və bu sırada yavaş yavaş 300 qram şəkər tozunu əlavə edirik. Yaxşıca çaldıqdan sonra kəsmiyi və 300 qram smetanı əlavə edib eyni cinsli hamar məhlul alınanadək çalırıq.
Həll olunmuş jelatini qarışdıraraq 60 70 dərəcəyə qədər isidib soyuması üçün kənara qoyuruq.
500 mililitr yağlılığı 30% den az olmayan qaymağı pena halına gələnə qədər çalırıq və kəsmikli qarışığa əlavə edirik və astaca qarışdırırıq. Jelatinidə əlavə edib yaxşıca qarışdırırıq.Bu əsnada biraz durulaşacaq bu normaldır.  Peçenyeli boşqabı soyuducudan çıxardırıq kəsmikli qarışımı üzərinə töküb hamarlayır soyuducuya 4 saatlıq qoyuruq.
Әn son qat çiyələkli jele qatı olur.Çiyələkli jeleni hazırlamaq üçün çiyələyi adi qaydada təmizləyib üzərinə şəkər tozu əlavə edib mürəbbə kimi bişirib kənara qoyuruq.Bunun yerinə istədiyiniz başqa mürəbbədəndə istifadə edə bilərsiniz.6 qram jelatini  ( təxminən 2 çay qaşığı) 3 yemək qaşığı suda həll edib kənara qoyuruq və 20 dəq həll olmasını gözləyirik.Sonra qarışdıra qarışdıra 60 70 dərəcəyə qədər isidib mürəbbəylə qarışdırırıq və mürəbbə soyuduqdan sonra kəsmikli qarışımın üzərinə sonuncu qat kimi əlavə edirik.2 saatlıq soyuducuya qoyulur. 2 saat sonra iti bıçaqla üzük qəlib çıxarılır və süfrəyə verilə bilər.Nuş olsun!

14 Mayıs 2014 Çarşamba

Kimisinin qəlbi kömür, kimisinin əlləri

 Kimisinin qəlbi kömür, kimisinin əlləri.

Bugün acı bir xəbərlə açıldı səhərim.Türkiyədə Somada kömür mədəni faciəsi, 200 dən çox ölən və yaralanan.Hamısı alın təriylə bir tikə çörək pulu üçün yerin metrələrlə altında, zifiri qaranlıqda çalışan işçilər.Televizora ümumiyyətlə baxmayan biri olaraq təsadüfən az öncə xəbərlərə baxdım.Mədən işçilərindən şanslı olub gün işığına çıxa bilən işçilər danışırdı, faciə zamanı kimisi balasını, kimisi anasını anıb son anlarında belə sevdikləri üçün yaşamaq istəyən təmiz insanlar.Aparıcı yenə mədəndə işləyərsinizmi deyə soruşur. "Məcburuq" deyə cavablayır mədənçi.Әlbətdə faciədən əvvəldə sonrada çalışacaq məcburdu axı.Onlar xobbi üçün yaşamırlar axı   həyatı. İçim acıdı bir anlıq, nə qədər eqoist nə qədər kor koranə yaşadığımızı gördüm. Ancaq öz problemlərimiz, öz arzularımızı düşünür bəzən unuduruq ətrafımızda yaşayan yardıma ehtiyacı olan insanları..Arzuları bir tək ac qalmamaq olan və sadəcə isinmək üçün geyinən insanları. Bir çoxumuzda üstümüzdən atırıq  imkanlı insanlar yada dövlət etməlidi deyə.Hər kəs əlindən gələni etsə heçkim əksilməzdi əksinə sevgi, hüzur və dostluq böyüyərdi.İnsanlıq böyüyərdi.İçim acıdı bugün ancaq yazığım gəlmədi o insanlara.Әksinə onlar mənasını bilmədiyi rəsmə milyonlar verən, əlindəki çantası belə kasıbın on illik maaşı olan insanlardan daha xoşbəxtdir məncə.Axşama kimi alın təriylə pul qazanır evə yorğun gəlirlər ancaq bir tikə çörəyi sevgiylə bölərlər və hallalıqla kəsilən çörəyin ləzzətini dünyanın heçbir neməti əvəz edə bilməz.Әn böyük xoşbəxtlikləri balalarının gülən üzü.Onlar yalnız olmazlar adi sözdən küsməzlər dörd əllə sarılarlar bir-birlərinə.Biri biriylə yarışan cibləri dolsada, gözləri doymayan, minlərlə insan içində yalnız olan və içindəki boşluğu pul ilə söndürməyə çalışanlardan daha xoşbəxtdir onlar... Әtraflarında nəvarsa gerçəkdir. Oyunsuz,yalansız dolansız yaşayırlar.Mənim yazığım gəlir pulu çox ancaq sevgiyə möhtac insanlara. İnstut bitirən cahillərə. Bunu bilməlidirki insan nəyin çoxalmasını istəyirsənsə onuda paylaşmalısan. Sevgi paylaşdıqca çoxalır,bir yetimi sevindirin inanın onun üzündəki təbəssümün verdiyi huzur və sevinci dünyanın heçbir tablosu verə bilməz. Başqalarına nəyisə göstərib diqqət çəkmək və saxta sevgilər üçün yox gerçək sevgi üçün elə yaşamalıdırki insan  özü özünü sevə bilsin.Bir tikə çörək üçün yüzlərlə can getdi bugün və yenə minlərlə insan küçəyə sovurdu kasıbın canını dişinə qatıb qazandığı çörək pulunu.Acı oldu xəbər amma xatırladım bugün adını bilmədiyim minlərlə insanı.Bir tikə çörək üçün gündüzünü gecəsinə qatanları.Şükr etdim və qəzəbləndim. Niyə kimədi qəzəbim bilmirəm.Ağrıdır qəlbimi yenə 3 gün sonra hərşeyin unudulacağı.Bu kömür çox yandırdı. Nə demək olar?! Allah rəhmət eləsin!Amin.

11 Mayıs 2014 Pazar

Ax bu başqaları ...

Ax bu başqaları ...
Hamımız istəyərək vəya istəməyərək səhvlər edirik.Ancaq məncə ən böyük  səhvlərdən birincisi "başqalarını" qınamaqdır ki məncə ağlı başında olan bir insan heçkimi qınamaz çünki hər kəs eyni ailədə, eyni şəraitdə və eyni yazıyla böyümür.Bir insanın yaşadıqlarını yaşamamısansa onu qınaya bilmərsən.İkinci böyük səhv isə mənim fikrimcə "başqalarından" gözləməkdir.Elə hər şeyi başqalarından gözləyirik.Elə hamı kimlərdənsə gileylənir və yaxud kimlərdənsə gözləyirlər.Buna aid bəlkə yüzlərlə misal çəkə bilərəm."başqaları" dəstək olsun, "başqaları" imkan versin, "başqalarının ucbatından", "başqaları başa düşmədi" başqaları ,başqaları.... .Elə yenədə "başqalarına" aid olan üçüncü səhvdə mənim fikrimcə " başqalarına" görə yaşamaqdı. İnsanlar özləri özlərini sıxır, öz arzularına "kilit" vururlar başqaları  nə düşünər deyə.Başqaları dedikdə sadəcə özgələri deyil özünüzdən başqa hər kəsi nəzədə tuturam.Bir çoxuda üstəlik  başqalarının nəsə düşünməsi üçün hərəkət edir.Belə edim belə desinlər deyə.Diqqət çəkmək, danışılmaq və gündəm olmaq üçün yaşayırlar. Başqalarını içinə alan ən sevmədiyim hallardan biridə yardım etdikdə "mən niyə etməliyəmki, yaxud mənim etməyimlə nə olar deyə düşünən" insanlar. Bəlkədə insanlar içindəki yalnızlıq duyğusundan vəya qorxusundan irəli gəlir bu "başqaları" üçün yaşamaq eşqi. Ancaq başqalarını düşündükcə özlərini itirir özlərini tapmırlar. Buraxın bu başqalarını məncə bu həyatda oyunu ancaq özüylə oynayanlar, özüylə yarışanlar qazanır. Özünüzü tapın, öz istəklərinizi, öz qəlbinizi dinləyin .Başqalarına yardım edin, başqalarına yol göstərin, başqalarının əlindən tutun ancaq başqalarına görə yaşayıb, başqalarını qınamayın.Başqalarından bu qədər )

22 Nisan 2014 Salı

StereoTiplərimiz

StereoTiplərimiz

 Hamının özümüz kimi olmağını istəyir öz stereotiplərimizə görə qiymətləndirir və günahlandırıq hətta özümüzü belə.       
Götürək elə milli stereotiplərimizi hər  qadın "vaxtında" ailə həyatı qurmalı "vaxtında" bir oğlan bir qız evladı olmalı, oğlanın isə "yaxşı" maaşı, "yaxşı" işi və "yaxşı" maşını olmalıdı.Bu əsas stereotiplərdiki hansıki bir çox insanın həyatını korlayır. Bir çox qız xasiyyətini bilmədiyi,sevmədiyi bir insanla sırf "vaxtıdı" deyə ailə həyatı qurur. Oğlanlar sevmədiyi bir sənəti sırf "pulludu,yaxşıdı" deyə seçmək məcburiyyətində qalır.Birdə  müəyyən qruplara məxsus stereotiplər var başı bağlı qadın və biraz üzündə saqqal olan kişi görəndə "molladı", "vəhabidi" yada siqaret çəkən yaxud qısa geyinən qız "tərbiyəsizdi" , sərbəst həyat keçirən oğlan "avaradı" . Rayon ləhcəsiylə danışan "çuşkadı".  Nəticə bir-birinin təkrarı bədbəxt insanlar. Axı kim yazıb bu "vaxtları", "yaxşılar"  "tərbiyə" qanunlarını.Özümüz nəyi ediriksə yaxşı kimsə bunu etmirsə pisdi... Birdə hələ nəyinki başqalarını özlərinidə bir çərçəvəyə salırlar.Başqaları nə düşünər? Özləri başqaları haqqında dırnaq arası fikirləşirlər deyə addımlarınıda buna görə qorxa qorxa atır özlərini bir çox şeydən məhrum edirlər.Mənə görə xoşbəxtliyin bir tək düsturu var "başqalarından" azad olmaq. Buraxın bu başqalarını düşünüb, başqalarını yaşamaqdan. Nə sizi xoşbəxt edir onuda edin.Çünki o pis düşünən "başqaları" nə olursa olsun həmişə elə düşünəcək və sizdə "başqalarını" öz stereotiplərinizə görə qiymətləndirməyin, sorğulamayın və günahlandırmayın. Sən necə xoşbəxtsən elə yaşa burax kimdə necə xoşbəxtdir helə yaşasın. Bu haqda əslindəçox yazardım ancaq heçkimi dəyişə bilməyəcəyimi bildiyim üçün susuram)

18 Şubat 2014 Salı

Chicken burger resepti.

Chicken burger resepti.
 Evdə uşaqların sevərək yediyi burgerlərinizi sağlamlığına və gigiyenikliyinə əmin olaraq özünüz hazırlaya bilərsiniz.
Bunun üçün lazım olanlar, yarım kilo toyuq əti sümüksüz, 1 armudu stəkan çörək içi və ya suxarik, 1 orta boyu soğan, 1 yumurta, 2 diş sarımsaq,duz,qara istiot, sarı kök, zirə, qırmızı istiot.1 yemək qaşığı soya sosu  (istəyə bağlı)
Әvvəlcə toyuq əti,soğan vəsarımsaq ət maşınından keçirilir.Üzərinə çörək içi yaxud suxarik əlavə olunur, ədviyyatlar və yumurta əlavə edilərək yaxşı xəmir yoğrulur.Xırda suxarik və çörək içini çox etməyin.Yumurta onsuzda əti dağılmağa qoymayacaq və dadını qaçıra bilərsiniz. Mən içərisinəazca soya sosuda əlavə edirəm.Siz zövqünüzə bağlı olaraq göyərti və istədiyiniz digər ədviyyatlarıda əlavə edə bilərsiniz.
Sonra ət biraz dincəldilir.Azca yağlanmış yapışmaz tava qızdırılır. Әlinizi azca yağlayaraq əti əvvəlcə kiftə kimi yumrulayıb sonra yastıladaraq hamburger çörəyi boyunda dairələr əldə edilir.Әti qalın etməyinki içi yaxşı bişsin.Sonra hamburger çörəyinin içinə kahı, incə dilim xiyar turşusu, pomidor və ketçup, mayanez və istəyə görə xardalda çəkilərək ətlər qoyulur.Nuş olsun.

17 Şubat 2014 Pazartesi

Waffle resepti

Waffle resepti

Tərkibi: 1,5 su st. un, 1,5 su st. süd, 4/1 su st. sıvı yağ, 2 ədəd yumurta,1 çay qaşığı ucında duz,1 yemək qaşığı şəkər tozu, vanil və qabartma tozu

Hazırlanışı: yumurtanın ağı vanil ilə köpük kimi olanadək çırpılır. Çuxur bir qabda yumurta sarısını pesoqla çalın və bunun üzərinə südü,yağı, qabartma tozunu və duzu əlavə edin.Çırpın yavaş yavaş unu əlavə edib çırpmağa davam edin.Həll olduqdan sonra yavaş yavaş qarışdıraraq yumurta ağlarını əlavəedin və qarışdırın.Waffle aparatı, teflon tava və ya izqarada azca yağlayaraq bişirin.İsti isti istədiyiniz məmulatı əlavə edə bilərsiniz. Mən şokolad yağı vəqatılaşdırılmış süd sürtdükdən sonra üzərinə doğranmış meyvələri əlavə edirəm.Nuş olsun.

16 Şubat 2014 Pazar

Portağal yatağında meyvə salatı.

Portağal yatağında meyvə salatı.

Tərkibi istədiyiniz hər meyvə,yoğurt.
Portağal iki hissəyə ayrılır içi çıxarılır və kubik doğranılmış meyvələr yığılır,  üzərinə yoğurt tökülüb süfrəyə verilir. Nuşolsun.

15 Şubat 2014 Cumartesi

Paçanqa börəyi

Paçanqa börəyi 

Bu soyuq qəlyanaltı hazırlanması çox sadə dadı isə ləzizdi.Tərkibi: basdırma, lavaş,smetan,holland pendiri və pomidor.
Siz istəyinizə bağlı olaraq bibərdə əlavə edə bilərsiniz.Ölçülər isə yenə istəyinizə bağlıdı.Bir lavaş açılır ortasına azca smetan çəkilir, incə dilimlənmiş basdırma qoyulur (mən basdırmanın ətrafındakı çemen deyilən ədviyyatlı hissəni çıxardıramki çox duzlu olmasın) sonra holland pendiri sürtkacdən keçirilib sərpişdirilir (incə dilim kimidə qoya bilərsiniz) sonra pomidorun sərt hissəsi kəsilib qoyulur sulu hissəni çıxarın ki, lavaşı sulandırmasın və şəkildə görsəndiyi kimi bükülür.Günə baxan yağı qızdırılır və qızğın yağda azca qızardılır.Nuş olsun..

Mimoza salatı

Mimoza salatı
Demək olarki hamının əzbərə bildiyi və sevərək yediyi mimoza salatının resepti.
Tərkibi:1 toyuğun döş əti, 1 kartof, 2 yumurta, 1 kök, 200 qr holland pendiri, smetan,duz, 50 qram qoz
 Toyuq didilir, kartof, kök , yumurta və pendir ayrı ayrı sürtkəcdən keçirilir.Qoz xırda xırda doğranılır yada sürtkəcdən keçirilir.Sıra ilə kartof tökülür duzlanır üzərinə smetan çəkilir sonra eyni qaydada kök və toyuq yayılır.Royuqdan sonra azca qoz tökülür və yenə duzlanıb smetanlanır.Әn son yumurta və pendir əlavə olunur.Nuş olsun.

14 Şubat 2014 Cuma

Rafaello salatı

Rafaello salatı 

Tərkibi:1 toyuqun döş əti,100 qram qoz, 4:1 sarımsaq, smetan, holland pendiri

Toyuğun döş əti sud qaynadılıb didilir, döyülmüş qoz , sarımsaq və smetanla qarışdırılır.Sonra rafaello kimi dairələr hazırlanır və sürtkəcdən keçirilmiş pendirə batırılaraq boşqaba düzülür.

13 Şubat 2014 Perşembe

Rıjik tortu

Rıjik tortu

Demək olarki ən sevdiyim və hamının sevərək yediyi ev tortudu deyə bilərəm, dadını ifade etmək mümkün deyil.

Tərkibi:2 yumurta,1 stəkan pesoq, 2 yemək qaşığı bal,2 çay qaşığı soda (üstsüz),3 stəkan un,100 qram yağ,
Kremi üçün : qatılaşdırılmış süd, qatılaşdırılmış qaynadılmış süd və 200 qram kərə yağı
Hazırlanması:yumurta,pesoq,bal və yağ eyni cinsli mahlul alınanadək mikserlə qarışdırılır.Su hamamına qoyulub 10 dəqiqə qarışdıra qarışdıra bişirilir.10 dəqiqə sonra kənara çəkilib soda əlavə olunur və 3 dəqiqə daha zəif xodda qaynadılır.Xəmir sodanın təsiri ilə qalxır.Sonra kənara qoyulub üzərinə 3 stəkan un əlavə olunub qarışdırılır.Unu çox əlavə olunmadın,yapışqan olmasından qorxmayın.Sonra ağzı bağlanır və kənara qoyub 1 saat isti yerdə dinləndirilir.Bu arada krem çalınır mən kremdə qatılaşdırılmış süd və qaynadılmış qatılaşdırılmış südü qatıram kremdə marqarin yerinə  kərə yağı daha dadlı olmasına səbəb olur.1 saat sonra xəmir 8 eyni hissəyə bölünür.Soba 180 dərəcəyə gətirilir. Xəmirlərin hər biri ayrı ayrı yağlı kağızda unlanaraq nazik açılır.Üzəri çangəllə bir neçə yerdən deşilir.Hər list 4 -5 dəqiqə üzəri qızaranadək bişirilir.Boşqab diametrində kəsilir və kremlənir. Kənarları üzərinə ovulur.Soyuducuya qoyulur.Yeməzdən bir gün qabaq bişirməyi məsləhət görürəm.Nuş olsun!

5 Şubat 2014 Çarşamba

Səni sevmək üçün 100 səbəbim

səni sevmək üçün 100 səbəbim

1. Çünki ən sevdiyim oğlanın adı.....
2. Çünki ən parlaq, ən sevgi dolu gözlər sənindi.
3. Çünki sən maraqlı ,hərtərəfli şəxsiyyətsən.
4. Çünki səninlə hərşeydən danışmaq olar.
5. Çünki sən ancaq mənim səsimi eşitmək üçün zəng edirsən..
6. Çünki sən şəfqətlisən..
7. Çünki sən yaraşıqlısan )
8. Çünki gözəl gülürsən..
9. Çünki sən hədiyyələrin və diqqətinlə məni təcübləndirirsən.
10. Çünki səninlə vaxt necə keçir bilmirəm..
11. Çünki sən verdiyin sözü tutursan.
12. Çünki sənin öpüşlərin məni dəli edir.
13. Çünki sən məni başa düşürsən və mənimlə açıqsan..
14. Çünki səndən küsə bilmirəm..
15. Çünki sən hər yerdə mənimləsən..
16. Çünki sənin qoxun həmişə burnumdadı.
17. Çünki sənin pis vərdişlərin yoxdu...
18. Çünki sən inanırsan hərşeyin yaxşı olacağına ..
19. Çünki sən qayğı göstərirsən..
20. Çünki səni oxşamağı sevirəm..
21. Çünki sən məni oxşayanda əriyirəm..
22. Çünki sən güclüsən..
23. Çünki sən diqqətli və planlısan.
24. Çünki yuxuma girirsən..
25. Çünki mən xəstə olanda mənə qulluq edirsən..
26. Çünki sənin yanında özümü tək hiss etmirəm..
27. Çünki səmimisən..
28. çünki xasiyyətini sevirəm..
29. Çünki səninlə həyat maraqlıdı..
30. Çünki mənimlə necə danışmaq lazımdı bilirsən..
31. Çünki nə vaxt susmaq lazımdı bilirsən..
32. Çünki səninlə asandı.
33. Çünki sən həssassan.
34. Çünki sən ehtiraslısan..
35. Çünki məni qiymətləndirirsən..
36. Çünki sən xəyanət etməzsən..
37. Çünki səni ailəmdə sevir..
38. Çünki səninlə yorulmaq olmur.
39. Çünki mənə qadın xoşbəxtliyi verirsən..
40. Çünki sənin üçün maddiyat önəmli deyil.
41. Çünki sən darıxırsan məndən..
42. Çünki sən gözlərimə bir başqa baxırsan..
43. Çünki sən fikirlərimi oxuya bilirsən..
44. Çünki sən şəfqət göstərirsən mənə,
45. çünki mən yatarkən mənə baxmağı sevirsən.
46. Çünki sən mənə doğmasan
47. Çünki sən mənsizliyi sevmirsən.
48. Çünki səninlə xoşbəxt oluram..
49. Çünki mənə sürprizlər edirsən...
50. çünki mənim arzularımı öz arzun bilirsən.
51. Çünki hər səhər  səninlə yaşadığım üçün xoşbəxt oluram..
52. Çünki sən mənə kömək edirsən.
53. Çünki sən mənə hərşeyi unutdurursan..
54. Çünki məni sahiblənirsən..
55. Çünki mənasız danışmırsan.
56. Çünki sən xüsusisən. 
57. Çünki mənə səndən başqa heçkim lazım deyil.
58. Çünki sən səbrlisən. 
59. Çünki sən məim fikirlərimi soruşursan.
60. Çünki səninləykən hərşeyə hazır oluram.
61. Çünki səinləykən özüm oluram.
62. Çünki heçnəyi unutmursan.
63. Çünki sənin üçün başqalarının fikri önəmli deyil.
64. Çünki mənə qarşı ehtiyatlı va həssassan.
65. Çünki ideal sevgi haqqında düşünəndə sən düşürsən yadıma..
66. Çünki sən sevdiyim insansan.
67. Çünki sən vəfalısan..
68. Çünki mənə güc verir varlığın.
69. Çünki səsini eşidəndə tez tez döyünür ürəyim..
70.Çünki sən sirr saxlayansan..
71. Çünki məni xoşbəxt edirsən..
72. Çünki mənimlə xoşbəxtsən..
73. Çünki mənim haqqımda düşünür ,mənə inanırsan..
74. Çünki səni tanıdığım üçün Allaha şükr edirəm.
75. Çünki sən ə gözəl sevgilisən.
76. Çünki məni dəyişdirməyə çalışmırsan.
77. Çünki "səni sevirəm" sözünü bütün qəlbinlə deyirsən.
78. Çünki sən sevgini göstərmək üçün əlindən gələni edirsən.
79. Çünki səni sadəc sən olduğun üçün sevirəm.
80. Çünki sən mənim həyatımsan.
81. Çünki sən mənə görə öz istəklərindən keçə bilirsən.
82.Çünki sən yaxşı atasan.
83. Çünki sən yaxşı dostsan.
84. Çünki sənin əllərin isti olur.
85. Çünki sənə inanıram.
86. Çünki səni sevindirməyi sevirəm.
87. Çinki məni hirsləndirməyi sonrada güldürməyi bacarırsan.
88. Çünki mən sevdiklərimi sevirsən.
89. Çünki sənin qəflətən gəlməyin xoşuma gəlir.
90. Çünki sən insanlara kömək etməyi sevirsən,
91. Çünki mən danışmadan fikrimi oxuya bilirsən.
92. Çünki mənimlə küsülü qala bilmirsən.
93. Çünki səninlə həyatın başqa rəngi var.
94. Çünki səninlə balamız var.
95. Çünki ancaq mənim yeməklərimi bəyənirsən.
96. Çünki mənə zəif olmağa icazə verirsən.
97. Çünki sən mənim yarımsan.
98. Çünki sən mənim ürəyimsən.
99. Çünki varlığın belə məni xoşbəxt etməyə yetər.
100. SӘNİ SEVİRӘM ,ÇÜNKİ SӘN SӘNSӘN SӘBӘBSiZ

Özbək mantısı

Özbək mantısı resepti.
Xəmir yeməkləri arasında ən çox bəyəndiyim yeməkdi deyə bilərəm.
Ancaq buxar qazanı yeməyi bişirmək üçün olmazsa olmazlardandır. 
Әvvəlcə 3 stəkan un, duz,1 yumurta və 1 stəkan su ilə bərk xəmir yoğrulur.Xəmir dincələrkən kənarda zövqünüzə uyğun miqdarda kartof kubik formasında doğranılır,üzərinə yenə zövqünüzə uyğun miqdarda çəkilmiş yağlı qoyun əti və xırda doğranmış soğan əlavə edilir.Duz ,istiot və zirə əlavə olunur.Zirə mənim fikrimcə Özbək mantısına xüsusi dad verir.
Sonra xəmir lavaş nazikliyində yayılır və üzəri ərinmiş kərə yağı ilə yağlanır.8x8 kvadratlar kəsilir içinə içlik qoyulur.Kənarları şəkildə göstərildiyi kimi bükülüb yağlanmış buxar qazanı listlərinə düzülür.40 dəqiqədən sonra.Üzərinə qırmızı istiotlu kərə yağı əlavə olunub arzuya görə qatıqla yeyilir.Nuş olsun

4 Şubat 2014 Salı

Düşbərə resepti

Düşbərə resepti

Tərkibi:1 yumurta və 1 stəkan su və duz qarışdırılır.Üzərinə 3 stəkan un əlavə edilərək bərk xəmir yoğrulur.
İçi üçün;soğan və çəkilmiş ət duz və istiot vurularaq qarışdırılır. 
Xəmir yayılır və xırda xırda kvadrat şəklində kəsilir, azca içlik qoyulduqdan sonra üçbucaq şəklində bükülür. 
Yetəri qədər su qaynadılır zövqə görə sarıkök,ət bulyonu duz istiot qovrulmuş soğan əlavə edin.  Qaynayan suya Düşbərəler  tökülür.15 dəqiqə qaynadıqdan sonra süfrəyə verilir.Nuş olsun

3 Şubat 2014 Pazartesi

Sevənlərə özəl❤️

Bütün dünyadan fərqli olaraq Azərbaycanda ildə iki dəfə 14 fevral və 30 iyun sevgililər günü kimi qeyd olunur.Bu günlərin tarixcəsindən danışmayacam yəqinki hamıya artıq məlumdu.Mənim fikrimcə sevgini bildirmək üçün xüsusi bir gün gözləmək düzgün deyil.Gözlənilmədən gələn sevgi etirafı gözlənilmiş bir hədiyyədən daha mənalı və artıqdı.Ancaq onuda qeyd edimki sevgililər üçün hərgün sevgililər günüdü deyərək boyun qaçıra bilmərsiniz.Çünki əsasəndə qadınlar bele günlərə xüsusi əhəmiyyət verir və hər nə qədərdə mənim üçün fərqi yox desədə inanmayın. Sizi əziyyətə salmaq istəmir sadəcə. Sevgililər gününə sayılı günlər qaldı və çox insan indidən hədiyyə axtarışındadı.
Kişilər hədiyyə seçərkən əsasəndə maddiyatı düşünür nə qədər bahalı olarsa qadının bir o qədər çox sevinəcəyini hesab edirlər.Ancaq onu bilinki sevən bir qadın üçün əsas qarşısındakı insanın diqqəti və sevgisidir. Әgər qaşıınızdakı insan üçün hədiyyənin qiyməti maraqlıdısa orada sevgidən söz gedə bilməz. Sevginizi isə göstərmək üçün sadəcə olaraq qarşınızdakı insanın nələri sevə biləcəyini düşünməli və biraz əziyyət çəkməlisiniz.
Səmimiyyətlə yazılmış bir sevgi məktubu, öz əllərinizlə hazırladığınız şam və ya səhər yeməyi ilə də siz sevginizi ifadə edə bilərsiniz.Yox yenədə nəsə almaq istəyirsinizsə əsas onu fikirləşməlisiniz ki hədiyyənin seçimindəndə çox onu necə təqdim etməyinizdi.Birdə kişilər qadınlara hədiyyə seçərkən, kosmetik vasitələrdən və geyimdən uzaq durun səhv seçilmiş bir geyim ölçüsü yalnış bir mesaja səbəb ola bilər .Aşağıda  maddi xərci çox aşağı ancaq böyük sevincə səbəb ola biləcək  romantik   hədiyyələrdən seçmələri təqdim edirəm.Seçiminizdə sizə köməklik edər.
İlk olaraq onu deyimki bir qutuda sevginiz üçün 100 səbəbi yazaraq hədiyyə edə bilərsiniz.Bu qutuları Dəniz xanım hazırlayır, yazmaq çətin gələrsə çox münasib qiymətə hazırda ala bilərsiniz.

Ona sevginizi ifadə etmək üçün tort hazırlaya bilərsiniz,yada hazır alın üzərinə sevgi mesajınızı yazın.

Ona romantik bir səhər yeməyi yaxud şam yeməyi hazırlaya bilərsiniz.

Romantik sevginizi ifadə edən mahnıların toplandığı bir disk və sevgi məktubu hədiyyə edə bilərsiniz.

Nə alırsanız alın unutmayın ən qiymətli hədiyyə sevgi və diqqətdi.Blokda şamlarla çəkilmiş və  içi güllərlə bəzədilmiş ürək  və ürək formasında feyeverk aldığım ən qiymətli hədiyyələrdən idi.Heçbir hədiyyə o anki sevinc və təəcüb hissini, sevdiyin insan tərəfindən sevilməyin verdiyi xoşbəxtliyi  bəxş edə bilməz.