Ax bu başqaları ...
Hamımız istəyərək vəya istəməyərək səhvlər edirik.Ancaq məncə ən böyük səhvlərdən birincisi "başqalarını" qınamaqdır ki məncə ağlı başında olan bir insan heçkimi qınamaz çünki hər kəs eyni ailədə, eyni şəraitdə və eyni yazıyla böyümür.Bir insanın yaşadıqlarını yaşamamısansa onu qınaya bilmərsən.İkinci böyük səhv isə mənim fikrimcə "başqalarından" gözləməkdir.Elə hər şeyi başqalarından gözləyirik.Elə hamı kimlərdənsə gileylənir və yaxud kimlərdənsə gözləyirlər.Buna aid bəlkə yüzlərlə misal çəkə bilərəm."başqaları" dəstək olsun, "başqaları" imkan versin, "başqalarının ucbatından", "başqaları başa düşmədi" başqaları ,başqaları.... .Elə yenədə "başqalarına" aid olan üçüncü səhvdə mənim fikrimcə " başqalarına" görə yaşamaqdı. İnsanlar özləri özlərini sıxır, öz arzularına "kilit" vururlar başqaları nə düşünər deyə.Başqaları dedikdə sadəcə özgələri deyil özünüzdən başqa hər kəsi nəzədə tuturam.Bir çoxuda üstəlik başqalarının nəsə düşünməsi üçün hərəkət edir.Belə edim belə desinlər deyə.Diqqət çəkmək, danışılmaq və gündəm olmaq üçün yaşayırlar. Başqalarını içinə alan ən sevmədiyim hallardan biridə yardım etdikdə "mən niyə etməliyəmki, yaxud mənim etməyimlə nə olar deyə düşünən" insanlar. Bəlkədə insanlar içindəki yalnızlıq duyğusundan vəya qorxusundan irəli gəlir bu "başqaları" üçün yaşamaq eşqi. Ancaq başqalarını düşündükcə özlərini itirir özlərini tapmırlar. Buraxın bu başqalarını məncə bu həyatda oyunu ancaq özüylə oynayanlar, özüylə yarışanlar qazanır. Özünüzü tapın, öz istəklərinizi, öz qəlbinizi dinləyin .Başqalarına yardım edin, başqalarına yol göstərin, başqalarının əlindən tutun ancaq başqalarına görə yaşayıb, başqalarını qınamayın.Başqalarından bu qədər )
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!