18 Temmuz 2014 Cuma

Toyuqlu əriştə

Toyuqlu əriştə 
Bugün sizinlə həm yüngül, həm faydalı,həmdə doyumlu toyuqlu əriştə reseptini paylaşacam.Çin mətbəxindən olan bu reseptin özəlliyi tərkibinə əlavə edilən tərəvəzlərin yarıçiy olmasıdır.
Beləliklə "noodles" bişirmək üçün sizə lazım olan ərzaqlar.:1 diş sarımsaq,1 toyuğun ağ əti,1 kiçik boy kələmin yarısı, 2 yer kökü,2 bibər, 1 toyuq suyu tablet,3 yemək qaşığı soya sosu, yarım armudu stəkan zeytun yağı və "noodles" əriştə.
Әvvəlcə zeytun yağında əzilmiş sarımsaq azca qovrulur üzərinə jülyen doğranmış toyuq əlavə olunub qovrulur.Toyuq qovrulana qədər kənarda əriştə üçün su qoyulur və qaynadıqdan sonra makaron kimi qaynadılıb süzülür.Әrişdə tez bişdiyi üçün ehtiyatlı olun çox bişməsin.Bu arada toyuq bişdikdən sonra üzərinə soya sosu,əzilmiş toz kimi toyuq tablet əlavə edilir.Soya sosu və toyuq tabletdə duz olduğu üçün duzu vurarkən ehtiyatlı olun.Sonra üzərinə kök əlavə edilib azca  qovrulur.Ancaq ən əsası tərəvəzləri çox bişirməyin yeyərkən ağızda yarı çiy qalmalıdır.Kökdən sonra isə yenə jülyen doğranmış bibər,kələm və göy soğan əlavə edilir.Zövqə bağlı olaraq yer fıstığıda əlavə edə bilərsiniz.
Әn son hazır olan ərişdə ilə qarışdırılıb azca dəmləndikdən sonra süfrəyə verilir.Bu yeməyin ən əsas şərti tərəvəzlərin yarı çiy olmasıdı.Tərəvəzləri zövqünüzə uyğun dəyişdirə bilərsiniz.Çin restoranlarında bu yemək susam yağı ilə hazırlanır.Ancaq susam yağı biraz allergik yağ olduğundan istifadə edərkən ehtiyatlı olun. Birdə belə yeməklər əsasən voq tavada hazırlanır. Ağzınızın dadı dəyişilsin həm yüngül həmdə faydalı bir ləzzət istəyirsinizsə bu resept tam sizə görədir.Nuş olsun!

Hiç yorum yok:

Yorum Gönder

Fikirleriniz önemlidir!