Özbək mantısı resepti.
Xəmir yeməkləri arasında ən çox bəyəndiyim yeməkdi deyə bilərəm.
Ancaq buxar qazanı yeməyi bişirmək üçün olmazsa olmazlardandır.
Әvvəlcə 3 stəkan un, duz,1 yumurta və 1 stəkan su ilə bərk xəmir yoğrulur.Xəmir dincələrkən kənarda zövqünüzə uyğun miqdarda kartof kubik formasında doğranılır,üzərinə yenə zövqünüzə uyğun miqdarda çəkilmiş yağlı qoyun əti və xırda doğranmış soğan əlavə edilir.Duz ,istiot və zirə əlavə olunur.Zirə mənim fikrimcə Özbək mantısına xüsusi dad verir.
Sonra xəmir lavaş nazikliyində yayılır və üzəri ərinmiş kərə yağı ilə yağlanır.8x8 kvadratlar kəsilir içinə içlik qoyulur.Kənarları şəkildə göstərildiyi kimi bükülüb yağlanmış buxar qazanı listlərinə düzülür.40 dəqiqədən sonra.Üzərinə qırmızı istiotlu kərə yağı əlavə olunub arzuya görə qatıqla yeyilir.Nuş olsun
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!