Milföy kasasında sosis
Lazım olan ərzaqlar:12 yarpaq milföy xəmiri (qat-qat) xəmir, 7 ədəd sosis, holland pendiri və 1 qaşıq tamat.
Әvvəlcə milföy xəmirlrinin hazırlanışından yazacam.Siz bu kasalarda həm salat ve yaxud istədiyiniz qəlyanaltı qoyub süfrəyə verə bilərsiniz.
Şəkildə görsəndiyi kimi biraz böyük ağızlı stəkan və ondan biraz balaca stəkan və yaxud qəliblə milföy xəmirini kəsirik. Böyük ağızlı stəkanla iki dairə kəsirik sonra digər dairəni balaca stakanla birdə kasib kəsilmiş kənarı bütöv dairənin üzərinə qoyuruq.Yağlı kağızın üzərinə düzüb ortalarını çəngəl ilə deşdəkləyir, sobaya veririk.
Onlar bişənə qədər sosisləri istər adi dairə istərdə gül formasında kəsirik.Yağda azca qızartıqdan sonra üzərinə yarım stəkan suyun içində açılmış tamat əlavə edirik.Suyu çəkiləndə sobadan alıb hazır olan milföy kasalarının içinə düzürük.Sobada azca bişdikdən sonra üzərlərinə rəndəlnmiş hollanda pendirlərini üzərlərinə paylaşdırıb yenə sobaya veririk.Holland pendiri əridikdən sonra süfrəyə verilir.Nuş olsun.
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!