18 Temmuz 2014 Cuma

Sırdaq resepti

Sırdaq resepti
 İndi paylaşacağım yemək Lənkəran mətbəxindən çox sadə reseptdir. Yeməyin adı sırdaqdır.Bildiyimə görə sır sarımsaq dağ isə yağın dağ olması kimi yozulur.
Bunun üçün lazım olan ərzaqlar:10 uzunsov badımcan,3-4 diş sarımsaq,3 pomidor, yarım su stəkanı maye yağ və istəyə bağlı olaraq cəfəri.Әvvəlcə badımcanlar 0,5 sm enində uzununa doğranılır, duzlanılır və acı suyu çıxarılır.Yağ tavaya tökülür və qızdırılır.Yağ tam qızdıqdan sonra badımcanlar qızardılır və bir kənara yığılır.Sonra pomidorlar halqa halqa doğranılır.Sarımsaqlar döyülür.Sarımsaqlarıda xırda xırda doğraya bilərsiniz.Ancaq mən sarımsağı döyməyi məsləhət görürürəm.Xüsusi ilədə  taxta həvəngdəstə ilə.Belə  sarımsaq vitaminini yeməyə vermiş olacaq.Sırdağı bişirəcəyiniz qazana əvvəlcə badımcanlar düzülür sonra pomidor və sarımsaqlar,belə bir neçə qat yığılır.Qazanın ağzı bağlanıb zəif xodda bişməyə buraxılır.Mən sırdağı bişməyə qoymazdan əvvəl üzərinə ərinmiş dağ olmuş kərə yağı azca əlavə etdim.Bu istəyə bağlıdır.Sırdağı qovrulmuş soğanlada bişirə bilərsiniz.Buda zövqə görə dəyişir.Bir çox Lənkəran zonasında  sırdağı dəmə qoyarkən üzərinə doğranmış cəfəri əlavə edilir.Bütün bunları zövqünüzə uyğunlaşdırıb bişirə bilərsiniz.Nuş olsun!

Hiç yorum yok:

Yorum Gönder

Fikirleriniz önemlidir!