Kimisinin qəlbi kömür, kimisinin əlləri.
Bugün acı bir xəbərlə açıldı səhərim.Türkiyədə Somada kömür mədəni faciəsi, 200 dən çox ölən və yaralanan.Hamısı alın təriylə bir tikə çörək pulu üçün yerin metrələrlə altında, zifiri qaranlıqda çalışan işçilər.Televizora ümumiyyətlə baxmayan biri olaraq təsadüfən az öncə xəbərlərə baxdım.Mədən işçilərindən şanslı olub gün işığına çıxa bilən işçilər danışırdı, faciə zamanı kimisi balasını, kimisi anasını anıb son anlarında belə sevdikləri üçün yaşamaq istəyən təmiz insanlar.Aparıcı yenə mədəndə işləyərsinizmi deyə soruşur. "Məcburuq" deyə cavablayır mədənçi.Әlbətdə faciədən əvvəldə sonrada çalışacaq məcburdu axı.Onlar xobbi üçün yaşamırlar axı həyatı. İçim acıdı bir anlıq, nə qədər eqoist nə qədər kor koranə yaşadığımızı gördüm. Ancaq öz problemlərimiz, öz arzularımızı düşünür bəzən unuduruq ətrafımızda yaşayan yardıma ehtiyacı olan insanları..Arzuları bir tək ac qalmamaq olan və sadəcə isinmək üçün geyinən insanları. Bir çoxumuzda üstümüzdən atırıq imkanlı insanlar yada dövlət etməlidi deyə.Hər kəs əlindən gələni etsə heçkim əksilməzdi əksinə sevgi, hüzur və dostluq böyüyərdi.İnsanlıq böyüyərdi.İçim acıdı bugün ancaq yazığım gəlmədi o insanlara.Әksinə onlar mənasını bilmədiyi rəsmə milyonlar verən, əlindəki çantası belə kasıbın on illik maaşı olan insanlardan daha xoşbəxtdir məncə.Axşama kimi alın təriylə pul qazanır evə yorğun gəlirlər ancaq bir tikə çörəyi sevgiylə bölərlər və hallalıqla kəsilən çörəyin ləzzətini dünyanın heçbir neməti əvəz edə bilməz.Әn böyük xoşbəxtlikləri balalarının gülən üzü.Onlar yalnız olmazlar adi sözdən küsməzlər dörd əllə sarılarlar bir-birlərinə.Biri biriylə yarışan cibləri dolsada, gözləri doymayan, minlərlə insan içində yalnız olan və içindəki boşluğu pul ilə söndürməyə çalışanlardan daha xoşbəxtdir onlar... Әtraflarında nəvarsa gerçəkdir. Oyunsuz,yalansız dolansız yaşayırlar.Mənim yazığım gəlir pulu çox ancaq sevgiyə möhtac insanlara. İnstut bitirən cahillərə. Bunu bilməlidirki insan nəyin çoxalmasını istəyirsənsə onuda paylaşmalısan. Sevgi paylaşdıqca çoxalır,bir yetimi sevindirin inanın onun üzündəki təbəssümün verdiyi huzur və sevinci dünyanın heçbir tablosu verə bilməz. Başqalarına nəyisə göstərib diqqət çəkmək və saxta sevgilər üçün yox gerçək sevgi üçün elə yaşamalıdırki insan özü özünü sevə bilsin.Bir tikə çörək üçün yüzlərlə can getdi bugün və yenə minlərlə insan küçəyə sovurdu kasıbın canını dişinə qatıb qazandığı çörək pulunu.Acı oldu xəbər amma xatırladım bugün adını bilmədiyim minlərlə insanı.Bir tikə çörək üçün gündüzünü gecəsinə qatanları.Şükr etdim və qəzəbləndim. Niyə kimədi qəzəbim bilmirəm.Ağrıdır qəlbimi yenə 3 gün sonra hərşeyin unudulacağı.Bu kömür çox yandırdı. Nə demək olar?! Allah rəhmət eləsin!Amin.
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!