Atəşfəşanlıq öldürür
Bütün bayramlarımızı,toyların, ad günlərinin artıq ən-ənəvi sonluğuna çevrilən atəşfəşanlıq.Görüntü söz ola bilməz gecənin qaranlığında səmanın fərqli işıqlarla bəzədilməsi bir çox insana zövq verir.Ancaq çox az adam yəqinki bu görsəl əyləncənin fəsadlarını və ətrafa verdiyi ziyanları düşünüb.Şəxsən mən hər zaman əleyhinə olmuşam bu dırmaq arası əyləncənin.Rayonların birində dincələrkən gecə yarısı saat 1 də güclü atəş səsinə oyandım.Yuxu sərsəmliyi ilə 5 -6 dəqiqə sonra anladım bu səsin atəşfəşanlıq səsi olduğunu.Necə qorxduğum qalsın bir kənara balaca qızımın qorxaraq oyanmaması üçün nə edəcəyimi bilmirdim.Atəşfəşanlığı sevmirəm çünki hər dəfə kimlərsə baxıb zövq alarkən mənə müharibə şəraitində yaşayan ölkələrdə göydən yağan bombaları, silah səslarini anımsadır bu səs.Gözümün önünə belə ölkələrdə təlaşla yaşayan insanlar gəlir.Atəşfəşanlığı sevmirəm çünki bu səslə narahat olan qocalar, uşaqlar və xəstələr gəlir gözümün önünə.Atəşfəşanlığı sevmirəm çünki havada milyonlarla quşların ölümünə səbəb olur və havanı kirlədir bu səs.Və nəhayət atəşfəşanlığı sevmirəm çünki milyonlarla pul xərclənir halbuki köməyə ehtiyacı olan milyonlarla insan var.Atəşfəşanlığı sevmirəm çünki oda partlayıcı maddədir və xüsusi ehtiyatla və risqlə partladılır.İnsan haqqları,heyvan haqqları, hava kirliliyi deyə səs salan bir çox insan və qürumlar buna bir dur deməlidir artıq.Siqaret və içkidə insana zərərlidir.Bütün reklamlar,televiza xəbər verir və hətta qutuların üzərinə belə yazılır sağlamlığa ziyan olduğu.Bəzi insanlar tərgidsədə bəziləri imtina edə bilmir aldığı zövqdən.Ancaq bu həmin şəxsin şəxsi həyatıdı və öz qərarlarıdı heçkim qarışa bilməz.Ancaq atəşfəşanlıq biz istəməsəkdə həyatımıza girir.Gecələr xüsusuilə yaşayış zonalarında maşının siqnalına basmaq,yüksək səs qadağandır.İctimai asayişi pozmaqdan hər an polis sizi cəzalandıra bilər.Ancaq hər dəfəsində bu zərərli səsə heçkim dayan demir.
Yüksək səsin heyvanların ölümünə səbəb olmasından və çevrəyə verdiyi zərərdən ötrü atəşfəşanlıq bəzi ölkələrdə və şəhərlərdə məsələn İtalya’da Venesiyada və Milanda 2011'de yasaqlandı. İtalya Çevrə və Heyvanları Qoruma Dərnəyinin hər yeni il gecəsində fişənk istifadəsinin 5 min evcil və yabanı heyvanın ölümünə səbəb olduğunu açıqlamasıyla Torino Bələdiyəsi atəşfəşanlığı yasaqladı. Bari’də də eyni səbəbdən yasaqlanarkən Milanda hava kirliliyi səbəbiylə yasaqlandı.İtalya’da Verona, Bologna, Ancona, Olbia, Messina və Palermo başda olmaq üzərə toplam 800 bələdiyə atəşfəşanlığı qadağan edib.Mən ümumiyyətlə atəşfəşanlıq olmasın demirəm.Təbiiki insanların əylənməyə haqqı var.Heç deyilsə ildə 1 gün olsun.Ancaq hər bayram, hər toyu hər əyləncə bu sonluqla bitməsin. Bunun yerinə hər sevincli günün sonunda başqa evləri,başqa insanlarıda sevindirmək üçün hər hansı bir yardım kampaniyası olsa daha faydalı və sevindirici olar.
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!