Chicken burger resepti.
Evdə uşaqların sevərək yediyi burgerlərinizi sağlamlığına və gigiyenikliyinə əmin olaraq özünüz hazırlaya bilərsiniz.
Bunun üçün lazım olanlar, yarım kilo toyuq əti sümüksüz, 1 armudu stəkan çörək içi və ya suxarik, 1 orta boyu soğan, 1 yumurta, 2 diş sarımsaq,duz,qara istiot, sarı kök, zirə, qırmızı istiot.1 yemək qaşığı soya sosu (istəyə bağlı)
Әvvəlcə toyuq əti,soğan vəsarımsaq ət maşınından keçirilir.Üzərinə çörək içi yaxud suxarik əlavə olunur, ədviyyatlar və yumurta əlavə edilərək yaxşı xəmir yoğrulur.Xırda suxarik və çörək içini çox etməyin.Yumurta onsuzda əti dağılmağa qoymayacaq və dadını qaçıra bilərsiniz. Mən içərisinəazca soya sosuda əlavə edirəm.Siz zövqünüzə bağlı olaraq göyərti və istədiyiniz digər ədviyyatlarıda əlavə edə bilərsiniz.
Sonra ət biraz dincəldilir.Azca yağlanmış yapışmaz tava qızdırılır. Әlinizi azca yağlayaraq əti əvvəlcə kiftə kimi yumrulayıb sonra yastıladaraq hamburger çörəyi boyunda dairələr əldə edilir.Әti qalın etməyinki içi yaxşı bişsin.Sonra hamburger çörəyinin içinə kahı, incə dilim xiyar turşusu, pomidor və ketçup, mayanez və istəyə görə xardalda çəkilərək ətlər qoyulur.Nuş olsun.
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!