Saçivi badımcanla
Gördüyünüz bu yemək badımcan dolmasına bənzəsədə Gürcüstan mətbəxindən Saçividir.Həm yüngül həmdə faydalı olan bu qəlyanaltı hazırlanması sadə olmasına baxmayaraq çox ləziz və göz oxşayandır.Tərkibi:200 qram qoz, 2 diş sarımsaq, 1 baş soğan,5 badımcan orta boy, kişniş,2 yemək qaşığı üzüm sirkəsi,1 çay qaşığı xmeli suneli ədviyyatı,bitki yağı,duz.
Әvvəlcə badımcanlar badımcan dolmasında olduğu kimi ortasından kəsilir və duzlanır. Simiçka yağında qızardılır.Sonra sobada hazır olanadək bişirilir.Kənarda qoz mətbəx robotundan keçirilir,baş soğan xırda doğranılır vəbitki yağında qovrulur.Qoza qovrulmuş soğan,Xmeli suneli, duz,istiot,döyülmüş sarımsaq,sirkə vəxırda doğranmış kişniş əlavə edilib qarışdırılır.Hazır olan badımcanların içi bu qarışımla doldurulur.
Beləliklə Saçivi hazırdır.Nuş olsun!
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!