17 Haziran 2014 Salı

Dadlı Çiyələkli Cheesecake resepti

 Soyuq Cheesecake resepti

İsti yay günlərində soyuq yüngül və faydalı bir şirniyyat çeşidi olan Cheesecake yəqinki sevməyəniniz yoxdur. Cheesecake iki cür hazırlanır sobada və soyuducuda.Bugün sizinlə sobaya  gərək qalmadan soyuducuda hazırlanan cheesecake reseptini paylaşacam.
Tərkibi :

Peçenye – 250 qram
Kərə yağı - 350 qram
Şəkər tozu – 350 qram
Kəsmik  – 900 qram
Xama– 300 qram
Sulu qaymaq – 500 mililitr
Çiyələk – 500 qram+ şəkər tozu – 150 qram və yaxud hər hansı bir mürəbbə 350 qram
Vanil  şəkəri– 1 yemə qaşığı
Jelatin  – 35 qram

Vəəəəə hazırlanışı:
 250 qram peçenyeni ətçəkən maşından,blender və yaxud oxlov ilə xırdalayırıq. Xırdalanmış peçenyeyə  2 yemə qaşığı şəkər tozu əlavə edib qarışdırırıq 150 qram ərinmiş kər yağını əlavə edib eynicinsli məhlul alınana qədər qarışdırırıq.
Tortu verəcəyimiz boşqaba  tort hazırlanmaq üçün olan üzük formalı ortası çıxan28 sm.lik  qəlibi qoyuruq. Ortasına peçenye qarışımını töküb düz yayırıq və soyuducuya qoyuruq.
900 qram kəsmiyi süzgəcdən vəya ət maşınından keçiririk.Kənarda 30 qram jelatinin üzərinə 1 stəkan su əlavə edib həll olması üçün 20 dəqiqə kənara qoyuruq.
Mikserin  qabına 200 qram yumuşaldılmış kərə yağını qoyuruq və 1 yemək qaşığı şəkər vanili əlavə edib mikserlə çalırıq və bu sırada yavaş yavaş 300 qram şəkər tozunu əlavə edirik. Yaxşıca çaldıqdan sonra kəsmiyi və 300 qram smetanı əlavə edib eyni cinsli hamar məhlul alınanadək çalırıq.
Həll olunmuş jelatini qarışdıraraq 60 70 dərəcəyə qədər isidib soyuması üçün kənara qoyuruq.
500 mililitr yağlılığı 30% den az olmayan qaymağı pena halına gələnə qədər çalırıq və kəsmikli qarışığa əlavə edirik və astaca qarışdırırıq. Jelatinidə əlavə edib yaxşıca qarışdırırıq.Bu əsnada biraz durulaşacaq bu normaldır.  Peçenyeli boşqabı soyuducudan çıxardırıq kəsmikli qarışımı üzərinə töküb hamarlayır soyuducuya 4 saatlıq qoyuruq.
Әn son qat çiyələkli jele qatı olur.Çiyələkli jeleni hazırlamaq üçün çiyələyi adi qaydada təmizləyib üzərinə şəkər tozu əlavə edib mürəbbə kimi bişirib kənara qoyuruq.Bunun yerinə istədiyiniz başqa mürəbbədəndə istifadə edə bilərsiniz.6 qram jelatini  ( təxminən 2 çay qaşığı) 3 yemək qaşığı suda həll edib kənara qoyuruq və 20 dəq həll olmasını gözləyirik.Sonra qarışdıra qarışdıra 60 70 dərəcəyə qədər isidib mürəbbəylə qarışdırırıq və mürəbbə soyuduqdan sonra kəsmikli qarışımın üzərinə sonuncu qat kimi əlavə edirik.2 saatlıq soyuducuya qoyulur. 2 saat sonra iti bıçaqla üzük qəlib çıxarılır və süfrəyə verilə bilər.Nuş olsun!

Hiç yorum yok:

Yorum Gönder

Fikirleriniz önemlidir!