Çaxoxbili resepti.
Bugün gürcü mətbəxindən Çaxoxbili resepti paylaşacam.Ancaq bu reseptdə çox fərqli reseptlərlə zövqə uyğun hazırlanır.Mən bizim evdə mənim hazırladığım Çaxoxbili reseptini paylaşıram.Ola bilərki siz tamamilə fərqli hazırlayırsınız.
Beləliklə lazım olan ərzaqlar:1,5 kilo bütöv toyuq (kənd toyuğu olsa daha dadlı olar),2 baş soğan,5 pomidor,2 diş sarımsaq, 1 çay qaşığı xmeli-suneli (gürcü ədviyyatı),1 dəst reyhan,1 dəst kişniş, günəbaxan yağı və zövqə görə duz istiot.
Әvvəlcə toyuqları doğrayın və bir qazanda yağsız yaxud çox azca yağla azca qovurun. Sonra toyuqları ayrı qazana alaraq üstünə azca su əlavə edib bişirirəm.Toyuğu qovurduğum yağda xırda doğranmış soğanıvə döyülmüş sarımsağı rəngi qəhvə rəngi olanadək qovururam. Üzərinə pomidoru əlavə edərək yenə qovururam.Hazır olan toyuğu sümüyündən tamamilə ayırıb.Pomidorlu qarışıma əlavə edirəm.Üzrinə bütün ədviyyatları əlavə edərək.20 dəqiqə qapağı bağlı öz yağına düşənədək bişirirəm.Süfrəyə verməzdən əvvəl xırda doğranmış göyərtiləridə əlavə edib qarışdırıram.Nuş olsun!
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!