18 Şubat 2014 Salı

Chicken burger resepti.

Chicken burger resepti.
 Evdə uşaqların sevərək yediyi burgerlərinizi sağlamlığına və gigiyenikliyinə əmin olaraq özünüz hazırlaya bilərsiniz.
Bunun üçün lazım olanlar, yarım kilo toyuq əti sümüksüz, 1 armudu stəkan çörək içi və ya suxarik, 1 orta boyu soğan, 1 yumurta, 2 diş sarımsaq,duz,qara istiot, sarı kök, zirə, qırmızı istiot.1 yemək qaşığı soya sosu  (istəyə bağlı)
Әvvəlcə toyuq əti,soğan vəsarımsaq ət maşınından keçirilir.Üzərinə çörək içi yaxud suxarik əlavə olunur, ədviyyatlar və yumurta əlavə edilərək yaxşı xəmir yoğrulur.Xırda suxarik və çörək içini çox etməyin.Yumurta onsuzda əti dağılmağa qoymayacaq və dadını qaçıra bilərsiniz. Mən içərisinəazca soya sosuda əlavə edirəm.Siz zövqünüzə bağlı olaraq göyərti və istədiyiniz digər ədviyyatlarıda əlavə edə bilərsiniz.
Sonra ət biraz dincəldilir.Azca yağlanmış yapışmaz tava qızdırılır. Әlinizi azca yağlayaraq əti əvvəlcə kiftə kimi yumrulayıb sonra yastıladaraq hamburger çörəyi boyunda dairələr əldə edilir.Әti qalın etməyinki içi yaxşı bişsin.Sonra hamburger çörəyinin içinə kahı, incə dilim xiyar turşusu, pomidor və ketçup, mayanez və istəyə görə xardalda çəkilərək ətlər qoyulur.Nuş olsun.

17 Şubat 2014 Pazartesi

Waffle resepti

Waffle resepti

Tərkibi: 1,5 su st. un, 1,5 su st. süd, 4/1 su st. sıvı yağ, 2 ədəd yumurta,1 çay qaşığı ucında duz,1 yemək qaşığı şəkər tozu, vanil və qabartma tozu

Hazırlanışı: yumurtanın ağı vanil ilə köpük kimi olanadək çırpılır. Çuxur bir qabda yumurta sarısını pesoqla çalın və bunun üzərinə südü,yağı, qabartma tozunu və duzu əlavə edin.Çırpın yavaş yavaş unu əlavə edib çırpmağa davam edin.Həll olduqdan sonra yavaş yavaş qarışdıraraq yumurta ağlarını əlavəedin və qarışdırın.Waffle aparatı, teflon tava və ya izqarada azca yağlayaraq bişirin.İsti isti istədiyiniz məmulatı əlavə edə bilərsiniz. Mən şokolad yağı vəqatılaşdırılmış süd sürtdükdən sonra üzərinə doğranmış meyvələri əlavə edirəm.Nuş olsun.

16 Şubat 2014 Pazar

Portağal yatağında meyvə salatı.

Portağal yatağında meyvə salatı.

Tərkibi istədiyiniz hər meyvə,yoğurt.
Portağal iki hissəyə ayrılır içi çıxarılır və kubik doğranılmış meyvələr yığılır,  üzərinə yoğurt tökülüb süfrəyə verilir. Nuşolsun.

15 Şubat 2014 Cumartesi

Paçanqa börəyi

Paçanqa börəyi 

Bu soyuq qəlyanaltı hazırlanması çox sadə dadı isə ləzizdi.Tərkibi: basdırma, lavaş,smetan,holland pendiri və pomidor.
Siz istəyinizə bağlı olaraq bibərdə əlavə edə bilərsiniz.Ölçülər isə yenə istəyinizə bağlıdı.Bir lavaş açılır ortasına azca smetan çəkilir, incə dilimlənmiş basdırma qoyulur (mən basdırmanın ətrafındakı çemen deyilən ədviyyatlı hissəni çıxardıramki çox duzlu olmasın) sonra holland pendiri sürtkacdən keçirilib sərpişdirilir (incə dilim kimidə qoya bilərsiniz) sonra pomidorun sərt hissəsi kəsilib qoyulur sulu hissəni çıxarın ki, lavaşı sulandırmasın və şəkildə görsəndiyi kimi bükülür.Günə baxan yağı qızdırılır və qızğın yağda azca qızardılır.Nuş olsun..

Mimoza salatı

Mimoza salatı
Demək olarki hamının əzbərə bildiyi və sevərək yediyi mimoza salatının resepti.
Tərkibi:1 toyuğun döş əti, 1 kartof, 2 yumurta, 1 kök, 200 qr holland pendiri, smetan,duz, 50 qram qoz
 Toyuq didilir, kartof, kök , yumurta və pendir ayrı ayrı sürtkəcdən keçirilir.Qoz xırda xırda doğranılır yada sürtkəcdən keçirilir.Sıra ilə kartof tökülür duzlanır üzərinə smetan çəkilir sonra eyni qaydada kök və toyuq yayılır.Royuqdan sonra azca qoz tökülür və yenə duzlanıb smetanlanır.Әn son yumurta və pendir əlavə olunur.Nuş olsun.

14 Şubat 2014 Cuma

Rafaello salatı

Rafaello salatı 

Tərkibi:1 toyuqun döş əti,100 qram qoz, 4:1 sarımsaq, smetan, holland pendiri

Toyuğun döş əti sud qaynadılıb didilir, döyülmüş qoz , sarımsaq və smetanla qarışdırılır.Sonra rafaello kimi dairələr hazırlanır və sürtkəcdən keçirilmiş pendirə batırılaraq boşqaba düzülür.

13 Şubat 2014 Perşembe

Rıjik tortu

Rıjik tortu

Demək olarki ən sevdiyim və hamının sevərək yediyi ev tortudu deyə bilərəm, dadını ifade etmək mümkün deyil.

Tərkibi:2 yumurta,1 stəkan pesoq, 2 yemək qaşığı bal,2 çay qaşığı soda (üstsüz),3 stəkan un,100 qram yağ,
Kremi üçün : qatılaşdırılmış süd, qatılaşdırılmış qaynadılmış süd və 200 qram kərə yağı
Hazırlanması:yumurta,pesoq,bal və yağ eyni cinsli mahlul alınanadək mikserlə qarışdırılır.Su hamamına qoyulub 10 dəqiqə qarışdıra qarışdıra bişirilir.10 dəqiqə sonra kənara çəkilib soda əlavə olunur və 3 dəqiqə daha zəif xodda qaynadılır.Xəmir sodanın təsiri ilə qalxır.Sonra kənara qoyulub üzərinə 3 stəkan un əlavə olunub qarışdırılır.Unu çox əlavə olunmadın,yapışqan olmasından qorxmayın.Sonra ağzı bağlanır və kənara qoyub 1 saat isti yerdə dinləndirilir.Bu arada krem çalınır mən kremdə qatılaşdırılmış süd və qaynadılmış qatılaşdırılmış südü qatıram kremdə marqarin yerinə  kərə yağı daha dadlı olmasına səbəb olur.1 saat sonra xəmir 8 eyni hissəyə bölünür.Soba 180 dərəcəyə gətirilir. Xəmirlərin hər biri ayrı ayrı yağlı kağızda unlanaraq nazik açılır.Üzəri çangəllə bir neçə yerdən deşilir.Hər list 4 -5 dəqiqə üzəri qızaranadək bişirilir.Boşqab diametrində kəsilir və kremlənir. Kənarları üzərinə ovulur.Soyuducuya qoyulur.Yeməzdən bir gün qabaq bişirməyi məsləhət görürəm.Nuş olsun!

5 Şubat 2014 Çarşamba

Səni sevmək üçün 100 səbəbim

səni sevmək üçün 100 səbəbim

1. Çünki ən sevdiyim oğlanın adı.....
2. Çünki ən parlaq, ən sevgi dolu gözlər sənindi.
3. Çünki sən maraqlı ,hərtərəfli şəxsiyyətsən.
4. Çünki səninlə hərşeydən danışmaq olar.
5. Çünki sən ancaq mənim səsimi eşitmək üçün zəng edirsən..
6. Çünki sən şəfqətlisən..
7. Çünki sən yaraşıqlısan )
8. Çünki gözəl gülürsən..
9. Çünki sən hədiyyələrin və diqqətinlə məni təcübləndirirsən.
10. Çünki səninlə vaxt necə keçir bilmirəm..
11. Çünki sən verdiyin sözü tutursan.
12. Çünki sənin öpüşlərin məni dəli edir.
13. Çünki sən məni başa düşürsən və mənimlə açıqsan..
14. Çünki səndən küsə bilmirəm..
15. Çünki sən hər yerdə mənimləsən..
16. Çünki sənin qoxun həmişə burnumdadı.
17. Çünki sənin pis vərdişlərin yoxdu...
18. Çünki sən inanırsan hərşeyin yaxşı olacağına ..
19. Çünki sən qayğı göstərirsən..
20. Çünki səni oxşamağı sevirəm..
21. Çünki sən məni oxşayanda əriyirəm..
22. Çünki sən güclüsən..
23. Çünki sən diqqətli və planlısan.
24. Çünki yuxuma girirsən..
25. Çünki mən xəstə olanda mənə qulluq edirsən..
26. Çünki sənin yanında özümü tək hiss etmirəm..
27. Çünki səmimisən..
28. çünki xasiyyətini sevirəm..
29. Çünki səninlə həyat maraqlıdı..
30. Çünki mənimlə necə danışmaq lazımdı bilirsən..
31. Çünki nə vaxt susmaq lazımdı bilirsən..
32. Çünki səninlə asandı.
33. Çünki sən həssassan.
34. Çünki sən ehtiraslısan..
35. Çünki məni qiymətləndirirsən..
36. Çünki sən xəyanət etməzsən..
37. Çünki səni ailəmdə sevir..
38. Çünki səninlə yorulmaq olmur.
39. Çünki mənə qadın xoşbəxtliyi verirsən..
40. Çünki sənin üçün maddiyat önəmli deyil.
41. Çünki sən darıxırsan məndən..
42. Çünki sən gözlərimə bir başqa baxırsan..
43. Çünki sən fikirlərimi oxuya bilirsən..
44. Çünki sən şəfqət göstərirsən mənə,
45. çünki mən yatarkən mənə baxmağı sevirsən.
46. Çünki sən mənə doğmasan
47. Çünki sən mənsizliyi sevmirsən.
48. Çünki səninlə xoşbəxt oluram..
49. Çünki mənə sürprizlər edirsən...
50. çünki mənim arzularımı öz arzun bilirsən.
51. Çünki hər səhər  səninlə yaşadığım üçün xoşbəxt oluram..
52. Çünki sən mənə kömək edirsən.
53. Çünki sən mənə hərşeyi unutdurursan..
54. Çünki məni sahiblənirsən..
55. Çünki mənasız danışmırsan.
56. Çünki sən xüsusisən. 
57. Çünki mənə səndən başqa heçkim lazım deyil.
58. Çünki sən səbrlisən. 
59. Çünki sən məim fikirlərimi soruşursan.
60. Çünki səninləykən hərşeyə hazır oluram.
61. Çünki səinləykən özüm oluram.
62. Çünki heçnəyi unutmursan.
63. Çünki sənin üçün başqalarının fikri önəmli deyil.
64. Çünki mənə qarşı ehtiyatlı va həssassan.
65. Çünki ideal sevgi haqqında düşünəndə sən düşürsən yadıma..
66. Çünki sən sevdiyim insansan.
67. Çünki sən vəfalısan..
68. Çünki mənə güc verir varlığın.
69. Çünki səsini eşidəndə tez tez döyünür ürəyim..
70.Çünki sən sirr saxlayansan..
71. Çünki məni xoşbəxt edirsən..
72. Çünki mənimlə xoşbəxtsən..
73. Çünki mənim haqqımda düşünür ,mənə inanırsan..
74. Çünki səni tanıdığım üçün Allaha şükr edirəm.
75. Çünki sən ə gözəl sevgilisən.
76. Çünki məni dəyişdirməyə çalışmırsan.
77. Çünki "səni sevirəm" sözünü bütün qəlbinlə deyirsən.
78. Çünki sən sevgini göstərmək üçün əlindən gələni edirsən.
79. Çünki səni sadəc sən olduğun üçün sevirəm.
80. Çünki sən mənim həyatımsan.
81. Çünki sən mənə görə öz istəklərindən keçə bilirsən.
82.Çünki sən yaxşı atasan.
83. Çünki sən yaxşı dostsan.
84. Çünki sənin əllərin isti olur.
85. Çünki sənə inanıram.
86. Çünki səni sevindirməyi sevirəm.
87. Çinki məni hirsləndirməyi sonrada güldürməyi bacarırsan.
88. Çünki mən sevdiklərimi sevirsən.
89. Çünki sənin qəflətən gəlməyin xoşuma gəlir.
90. Çünki sən insanlara kömək etməyi sevirsən,
91. Çünki mən danışmadan fikrimi oxuya bilirsən.
92. Çünki mənimlə küsülü qala bilmirsən.
93. Çünki səninlə həyatın başqa rəngi var.
94. Çünki səninlə balamız var.
95. Çünki ancaq mənim yeməklərimi bəyənirsən.
96. Çünki mənə zəif olmağa icazə verirsən.
97. Çünki sən mənim yarımsan.
98. Çünki sən mənim ürəyimsən.
99. Çünki varlığın belə məni xoşbəxt etməyə yetər.
100. SӘNİ SEVİRӘM ,ÇÜNKİ SӘN SӘNSӘN SӘBӘBSiZ

Özbək mantısı

Özbək mantısı resepti.
Xəmir yeməkləri arasında ən çox bəyəndiyim yeməkdi deyə bilərəm.
Ancaq buxar qazanı yeməyi bişirmək üçün olmazsa olmazlardandır. 
Әvvəlcə 3 stəkan un, duz,1 yumurta və 1 stəkan su ilə bərk xəmir yoğrulur.Xəmir dincələrkən kənarda zövqünüzə uyğun miqdarda kartof kubik formasında doğranılır,üzərinə yenə zövqünüzə uyğun miqdarda çəkilmiş yağlı qoyun əti və xırda doğranmış soğan əlavə edilir.Duz ,istiot və zirə əlavə olunur.Zirə mənim fikrimcə Özbək mantısına xüsusi dad verir.
Sonra xəmir lavaş nazikliyində yayılır və üzəri ərinmiş kərə yağı ilə yağlanır.8x8 kvadratlar kəsilir içinə içlik qoyulur.Kənarları şəkildə göstərildiyi kimi bükülüb yağlanmış buxar qazanı listlərinə düzülür.40 dəqiqədən sonra.Üzərinə qırmızı istiotlu kərə yağı əlavə olunub arzuya görə qatıqla yeyilir.Nuş olsun

4 Şubat 2014 Salı

Düşbərə resepti

Düşbərə resepti

Tərkibi:1 yumurta və 1 stəkan su və duz qarışdırılır.Üzərinə 3 stəkan un əlavə edilərək bərk xəmir yoğrulur.
İçi üçün;soğan və çəkilmiş ət duz və istiot vurularaq qarışdırılır. 
Xəmir yayılır və xırda xırda kvadrat şəklində kəsilir, azca içlik qoyulduqdan sonra üçbucaq şəklində bükülür. 
Yetəri qədər su qaynadılır zövqə görə sarıkök,ət bulyonu duz istiot qovrulmuş soğan əlavə edin.  Qaynayan suya Düşbərəler  tökülür.15 dəqiqə qaynadıqdan sonra süfrəyə verilir.Nuş olsun

3 Şubat 2014 Pazartesi

Sevənlərə özəl❤️

Bütün dünyadan fərqli olaraq Azərbaycanda ildə iki dəfə 14 fevral və 30 iyun sevgililər günü kimi qeyd olunur.Bu günlərin tarixcəsindən danışmayacam yəqinki hamıya artıq məlumdu.Mənim fikrimcə sevgini bildirmək üçün xüsusi bir gün gözləmək düzgün deyil.Gözlənilmədən gələn sevgi etirafı gözlənilmiş bir hədiyyədən daha mənalı və artıqdı.Ancaq onuda qeyd edimki sevgililər üçün hərgün sevgililər günüdü deyərək boyun qaçıra bilmərsiniz.Çünki əsasəndə qadınlar bele günlərə xüsusi əhəmiyyət verir və hər nə qədərdə mənim üçün fərqi yox desədə inanmayın. Sizi əziyyətə salmaq istəmir sadəcə. Sevgililər gününə sayılı günlər qaldı və çox insan indidən hədiyyə axtarışındadı.
Kişilər hədiyyə seçərkən əsasəndə maddiyatı düşünür nə qədər bahalı olarsa qadının bir o qədər çox sevinəcəyini hesab edirlər.Ancaq onu bilinki sevən bir qadın üçün əsas qarşısındakı insanın diqqəti və sevgisidir. Әgər qaşıınızdakı insan üçün hədiyyənin qiyməti maraqlıdısa orada sevgidən söz gedə bilməz. Sevginizi isə göstərmək üçün sadəcə olaraq qarşınızdakı insanın nələri sevə biləcəyini düşünməli və biraz əziyyət çəkməlisiniz.
Səmimiyyətlə yazılmış bir sevgi məktubu, öz əllərinizlə hazırladığınız şam və ya səhər yeməyi ilə də siz sevginizi ifadə edə bilərsiniz.Yox yenədə nəsə almaq istəyirsinizsə əsas onu fikirləşməlisiniz ki hədiyyənin seçimindəndə çox onu necə təqdim etməyinizdi.Birdə kişilər qadınlara hədiyyə seçərkən, kosmetik vasitələrdən və geyimdən uzaq durun səhv seçilmiş bir geyim ölçüsü yalnış bir mesaja səbəb ola bilər .Aşağıda  maddi xərci çox aşağı ancaq böyük sevincə səbəb ola biləcək  romantik   hədiyyələrdən seçmələri təqdim edirəm.Seçiminizdə sizə köməklik edər.
İlk olaraq onu deyimki bir qutuda sevginiz üçün 100 səbəbi yazaraq hədiyyə edə bilərsiniz.Bu qutuları Dəniz xanım hazırlayır, yazmaq çətin gələrsə çox münasib qiymətə hazırda ala bilərsiniz.

Ona sevginizi ifadə etmək üçün tort hazırlaya bilərsiniz,yada hazır alın üzərinə sevgi mesajınızı yazın.

Ona romantik bir səhər yeməyi yaxud şam yeməyi hazırlaya bilərsiniz.

Romantik sevginizi ifadə edən mahnıların toplandığı bir disk və sevgi məktubu hədiyyə edə bilərsiniz.

Nə alırsanız alın unutmayın ən qiymətli hədiyyə sevgi və diqqətdi.Blokda şamlarla çəkilmiş və  içi güllərlə bəzədilmiş ürək  və ürək formasında feyeverk aldığım ən qiymətli hədiyyələrdən idi.Heçbir hədiyyə o anki sevinc və təəcüb hissini, sevdiyin insan tərəfindən sevilməyin verdiyi xoşbəxtliyi  bəxş edə bilməz.

2 Şubat 2014 Pazar

Dostluq

Saata baxmadan qapısını çala biləcəyi bir dostu olmalıdı insanın....
"hardan çıxdın bu saatta" deməmli,bir gecə yarısı təlaşla yataqdan qalxdığında;
"gözünün dilini" bilməli,soruşmadan ,söyləmədən anlamalı.....
Arxa bağçada varlığını sezdirmədən, yaşayan vəfalı bir ağac kimi köklənməli həyatında; sən hər daim onun orada olduğunu hiss etməlisən.Ehtiyacın olduğunda gedib gövdəsinə yaslana bilməli,qovuqlarına gizlənə bilməlisən.
Qucaqlamalı səni güvənli qolları,.. budaqları yorğun başına çiyin,yarpaqları qanayan ruhuna məlhəm olmalıdı...
Әn məhrəm sirlərini verəbilməli, ən dərin yaralarını açıb göstərə bilməlisən;kölgəsində sərinləməlisən sorğusuz ,sualsız...
Bu qədər yalan içində bir tək o, sözünü əyib bükmədən söyləməli, səhv anlaşılmayacağını bilməlidi.
Alqışlandığında deyil sadəcə, əsil təqsirləndirildiyində yanında durub qoluna girə bilməli, tərifləməli aləm içində səni ,təklikdə söyməli  və sə elə güvənməlisənki ona tərifləyəndədə,söyəndədə bunun sevgidən olduğunu bilməlisən , "mən laiqəm" deyə bilməlisən.
Təklifsiz zamini olmalıdı xətalarının,günahlarının yeganə şahidi....
Səni səndən yaxşı bilən,sənə səndən çox güvənən bir sirdaş...
Göz bəbəkləri buludlandıpında yaxınlaşan fırtınanı sezə bilməlisən.
Və sən ağlayanda onun gözündən gəlməlidi yaş...

Düşündüren resmler

H

1 Şubat 2014 Cumartesi

Әt qutabı resepti.

Yəqinki ət qutabının reseptini bilməyən yoxdur.Ancaq yeni başlayanlar üçün deyirəm.2 stəkan un və ilıq su ilə orta yumuşaqlıqda xəmir yoğrulur. Bir qıraqda ət və soğan qarışdırılır duz və istiot vurulur. Nar dənələnir.
Xəmir yayılır, istədiyiniz ölçüdə dairəvi yayın əti və narı qoyub bükün. Qızğın sacda hər iki tərəfi bişirilir.Mən süfrəyə verməzdən əvvəl kərəbyağında hər iki tərəfini azca qızardaraq qoyuram.Sumaq və qatıqla birlikdə verilir.Nuş olsun