9 Nisan 2015 Perşembe

Şəkərbura və paxlava resepti

Şəkərbura(40 ədəd)
Lazım olan ərzaqlar:
  • 1 kq un
  • 250 qram kərə yağı
  • 3 ədəd yumurta 
  • 1 st Süd
  • 2xörək q. xama
  • 1/2 ç.q quru maya
  • duz

İçlik:
  • 500qram qovrulmuş fındıq
  • 500 qr şəkər tozu
  • 1/4 çay q.hil, 
  • vanil

Hazırlanışı
Südü qaba qoyub azca qızdırırıq,yağı əridirik.Maya ilıq südlə qarışdırılıb köpüklənənə qədər gözlənir.Unun ortasına mayanı, südü,yumurtanı,yağl və xamanı əlavə edirik.Normal xəmir yoğrulur.Selafan çəkib isti yerdə 1 saat saxlayırıq.İçlik hazırlayırıq.Fındığı qovurub təmizləyir.Sürtkəcli maşından keçirilir.Şəkər tozu,hil və vanil əlavə edib qarışdırırıq.Xəmir acıyacaq,Ancaq şəkərbura xəmirini çox saxlamaq məsləhət deyil.Xəmirdən 40 qr qozdan azca böyük 10 ədəd kündə hazırlanır.Kündənin birini götürüb 10 sm diametrində oxlovla yayırıq.içinə 2 çay qaşığı içlik qoyuruq kənarlarını ehtiyatla ağız-ağıza gətiririk. Elə etməliyik ki, içlik xəmirin kənarına dəyməsin, yoxsa bişən zaman şəkəburalar açıla bilər.Kənarını vintvari burub üstünə naxış vururuq, qənnadı təbəqəsinə yığıb 20 dəqiqə gözləyirik. Üstünün naxışı tam qurumalıdır ki, sobaya qoyanda naxışlar itməsin.Şəkərburanın ancaq alt hissəsi qızarmalıdır deyə sobada üst gözü yandırmaq lazım deyil. 20-25 dəqiqə ərzində 180 dərəcədə şəkərbura hazır olur. Sobadan çıxardığımız şəkərburanı süfrənin üstünə yığıb soyumasını gözləyirik.

Paxlava resepti (28-32 cm lik iki list paxlava üçün)
  • Un - 1k q
  • Kərə yağı - 250 q
  • Maya - 10 q
  • Yumurta -3ədəd
  • Süd - 1 st 
  • xama- 2 x.q
  • Vanil - 5 q
  • Duz

İçlik üçün:
Qoz ləpəsi - 1kq
Şəkər tozu - k q
Hil - 4-5 ədəd(1/3 ç.q)

Şərbət üçün:
(Hər tavaya 1 st şəkər tozu)
Şəkər tozu - 2 st.
Su - 1 st.

Üzəri üçün:
Yumurta sarısı - 2 ədəd
Zəfəran
Ləpə
Yağlamaq üçün 400-450 qr. kərə yağı

Paxlavanın hazırlanma qaydası

Xəmir şəkərbura xəmiri kimi hazırlanır.Acımağa qoyulur
  •    Xəmir 12 kündəyə (2 kündə böyük olmaq şərtilə) bölünür.
  •  Böyük kündələrdən biri açılıb formaya yayılır, üzərinə fırça ilə 2 x.q. ərinmiş kərə yağı çəkilir və bir az içlik səpilir. Digər kündələr də eyni qayda ilə yayılır, yağlanır və aralarına içlik əlavə edilir.
  •    Formaya qat-qat yığılan laylar romb şəklində doğranılır. Hər paxlavanın üzərinə qoz ləpəsi qoyulur.
  •    Üzərinə çəkmək üçün: zəfəran dəmlənir, 2 yumurtanın sarısı ilə qarışdırılıb paxlavanın üzərinə çəkilir. Paxlava öncədən 180 dərəcəyədək qızdırılmış sobaya yerləşdirilir.
  •   Şərbəti hazırlamaq üçün: şəkər tozu ilə su qarışdırılıb odun üzərində 15 dəq. qaynadılır və soyudulur.
  •       Paxlava sobada 20 dəq. qaldıqdan sonra çıxarılır, bir daha doğranılır və üzərinə 1 st. ərinmiş yağ gəzdirilib yenidən sobaya 15 dəq. yerləşdirilir.
  •      Hazır paxlavanın üzərinə şərbət gəzdirilir və 5 dəq. sobadan saxladıqdan sonra çıxarılıb soyudulur. 

Turşu-qovurmalı plov

Tərkibi: 

plov: 
4 st. düyü (uzun növ: sədri, akulə və s.)
4 st. su
2 x.q. duz
300 q ərinmiş kərə yağı
3-4 yuxa 

turşu-qovurma (4 st düyü üçün): 
750 q ət 
200 q albuxara 
200 q ərik qurusu
200 q ağ alça qurusu
2-3 baş soğan 
300 q şabalıd 
200 q kərə yağı 
sarıkök

plovun üstünə: 
100 q kişmiş 

Plov

Düyünü yuyub duzlu, soyuq suda 3-4 saat saxlayın. Yuyun. Qazanda su qaynadın. Duz əlavə edin. Qaynayanda düyünü tökün. Kəfkirlə qarışdırın ki, lopalanıb yapışmasın. Düyü alaçiy bişəndə süzün. Üzərinə azca soyuq su səpin (düyünün həlimini yumaq üçün).

Ayrı qazançada ərinmiş kərə yağını qızdırın. 

Plov hazırlayacağınız qazanın dibinə 2-3 x.q. ərinmiş kərə yağı tökün. Yuxanı əl boyda parçalara ayırın. Qazanın dibinə arası yağlanmaqla 2-3 qat döşəyin (bu, çox əla üsuldur, evinizdə qazmaq həvəskarları varsa, bayram edəcəklər, çünki hər qat qızarır və qazmağın sayı çox olur. Həmçinin unutqan xanımlar üçün də yaxşıdır, aşağıdakı qat yanarsa, o biri qatlar salamat qalır). Üzərinə bir neçə kəfkir düyü səpin. Qazançada qızdırdığınız kərə yağından üzərinə gəzdirin. Düyünün qalanını da arası yağlanmaqla bir neçə dəfəyə döşəyin. Yuxarı hissəsini təpəcik kimi döşəyin. Taxta qaşığın dalı ilə düyünün üzərində bir neçə yerdən deşik açın. Ərinmiş yağ gəzdirin. Ortasına sarıkök səpin. 

Əgər zəfəranlı plov bişirmək istəyirsinizsə, o zaman əvvəlcədən zəfəranı dəmləmək lazımdır. Düyünü qaynamağa qoyanda zəfəranı da dəmləyin: 1-2 tutam zəfəranı  stəkana qoyun. Üzərinə stəkanın yarısından qaynar su tökün. Ağzını örtün. Təxminən 10 dəqiqə dəm alsın. Düyünü qazana döşəyib yağlayandan sonra üzərinə zəfəranlı suyu gəzdirin (zəfəranı süzmək lazım deyil).

Qazanın qapağını təmiz mətbəx dəsmalına bükün, ağzına kip örtün. Qazanı vam ocağın üzərində qızdırılan dəmirin üstünə qoyun. Qazanı 15 dəqiqədən bir fırladaraq təxminən 45 dəqiqə dəmdə saxlayın.  

Turşu-qovurma 

Əti tikələrə doğrayıb bişirin (təxminən albuxaradan bir qədər iri). Bulyonunu süzüb bir kənara qoyun. Əgər ət sümüklüdürsə, iri sümüklərdən təmizləyin. 

Şabalıdların başını çərtib qaynar suda 1-2 dəqiqə qaynadıb qabıqdan çıxardın.

Soğanı 2 bölüb uzunasına doğrayın. Tavada kərə yağında qovurun. Qızılı rəng alanda sarıkök səpin. Üzərinə növbə ilə ət, şabalıd, ərik, alça və albuxarı döşəyin, duz, istiot səpin (yenidən sarıkök səpə bilərsiniz), süzülmüş bulyon əlavə edin. Vam odda 15-20 dəqiqə bişirin. Şabalıdlar yumşaq olmalı, amma əzilməməlidir.

Balaca tavada 2 x.q. kərə yağında kişmişi qovurun. 

İri buluda plov çəkin. Üzərinə qazmaq düzün, qovrulmuş kişmişlə qaynar yağ gəzdirin. Turşu-qovurmanı ayrı qabda verin. 

Nuş olsun!

Toyuq sote

Qırmızı bibərli toyuq sote

1 ədəd toyuğun ağ əti, 1 yaşıl bibər, 1 qırmızı bibər,1 soğan,duz ,istiot, sarıkök,duru yağ

Qoyuq sıvı yağda qızardılır, üzərinə  xırda doğranmış soğan,uzun doğranmış qırmızı və yaşıl bibər əlavə olunub qovrulur.Sarıkök,duz,istiot əlavə olunub bişirilir.Nuş olsun!

8 Nisan 2015 Çarşamba

Zebra ( Ebruli ) keks

Zebra ( ebruli) keksi

Tərkibi:
4 yumurta,
1 su st. şəkər
1 su st.ilıq su
1 su st. ilıq süd
3 stəkan un
0,5 su st. sıvı yağ
2 paket kabatrma tozu
2 paket vanil
3 yemık qaşığı kakao

Hazırlanması
Yumurta və şəkər mikserlə ağaranadək çalınır.Su,süd və sıvı yağ əlavə edilib yenə çalınır. Un, qabartma tozu və vanil ələkdən keçirilib yavaş yavaş əlavə edilir.Hazır məhlul iki hissəyə ayrılır.Bir hissəyə kakao əlavə edilib yenə qarışdırılır.Yağlanmış qaba 2 yemək qaşığı ağ,sonra ortasına 2 qaşıq kakaolu məhluldan əlavə edilir.Qarışımlar bitənə qədər belə davam edilir.Ancaq diqqət edin əgər keks kəsilərkən aralarında qatlar çox bilinsin istəyirsinizsə onda qaşıq sayını artırın.Ən son kürdanla və ya kibrit çöpü ilə ortadan kənara doğru,kənardanda ortaya doğru çəkilərək naxış vurulur.
180 dərəcə Qızdırılmış sobada 30-40 dəqiqə bişirilir.

Bifşteks resepti

Bifşteks resepti

4 sarımsaq- rəndədən keçirlir üzərinə 2 yemək qaşığı xardal,2 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı balzamik sirkəsi, 3 yemık qaşığl soya sosu,0,5 çay qaşığı duz, 1 çay qaşığı bal,qırmızı və qara istiot qarışdırılır.Qarışım iki dilim bifşteks ətlə birlikdə harmanlanıb ağzı kip bağlanır və soyuducuda 8-12 saat saxlanır.Sonra tökmə tava azca yağlanaraq dərəcəyədək qızdırılır. Ət qarışdırılmadan iki tərəfli qızardılır.Ancaq içinin tam bişməsini istəyirsinizsə tavadan sonra sobada 220 dərəcədə 5 -6 dəqiqə bişirə yaxud.Əti langet formasında incəltikdən sonra sosda saxlayıb bişirə bilərsiniz.
Nuş olsun!

6 Şubat 2015 Cuma

Kefli beçə

Kefli beçə (Şərabda toyuq resepti)
Bu toyuq yeməyində toyuq şərabda bişdiyindən Azərbaycanda  kefli beçə  deyilir.
Tərkibi:
1 kənd toyuğu
100 qram əridilmiş kərə yağı
250 ağ çaxır

Hazırlanması:
1. Kərə yağı əridilir.
2. Toyuq 6-8 hissəyə ayrılır.
3. Toyuq qızılı rəng alanadək qızardılır.Duz,istiфot əlavə olunur. 
4. Sonra qapağı bağlanıb vam xodda 25 dəq bişirilir.
5. Üzərinə çaxır əlavə edilib 2-3 dəq güclü xodda qarışdırılır 

6. Süfrəyə verilir.Nuş olsun!

31 Ocak 2015 Cumartesi

Möcüzəvi qarışım

Zəncəfil,bal və limonla hazırlanan bu möcüzəvi qarışım demək olarki hər dərdə dəvadı.Balın, zəncəfilin və limonun faydalarını saymaqla bitməz.Səhərlər suyla bir qaşıq qarışdıraraq ac qarnına içsəniz həm imunitet gücləndirəcək həmdə bu qarışımın bütün faydalarından yararlanacaqsınız.
Zəncəfil -Antiseptik xüsusiyyəti qanın təmiz qalmasını təmin edir.Mədə ağrılarını və həzmsizliyi nizamlayar, bulantıları aradan qaldırar. Bu səbəblə səfər əvvəli bir qram zəncəfil tozu sizə yaxşı gələcək.Tənəffüs yollarını açar.Qanın quruluşunu daha axıcı hala gətirər.Bədəndə istilik və tərləmə meydana gətirər. Beləcə zərərli toksinləri xaric edər.Ürək ritminin nizama girməsini təmin edər.Xüsusilə romatizmal narahatlıqlarda çox təsirli bir bitkidir.Baş ağrılarında yaxşılaşdırıcı təsiri böyükdür.Yuxusuzluğu aradan qaldırır.İştahsız və zəif kəslər üçün enerji qaynağıdır. Həzmi tələb etmədiyindən ötəri asan şəkildə qana keçər.Bal isə antioksidanlar baxımından zəngindir. Baldakı antioksidan xüsusiyyəti balın əldə edildiyi bölgə, çiçək örtüsü və balın əldə ediliş texnikasına görə əhəmiyyətli dəyişənlik göstərər.Enzimatik və enzimatik olmayan antioksidanlar cəhətdən zəngin bir qaynaqdır.Tünd rəngli balın antioksidan tutumunun daha yüksək olduğu ifadə edilməkdədir.fiziki və zehni yorğunluğu aradan qaldırar.Zərərli bakteriyaları öldürücü təsirə malikdir.Dizenteriya tifo kimi bir çox xəstəlik mikrobunu öldürdüyü edilən araşdırmalarla təsbit edilmişdir.Bal sahib olduğu xüsusiyyətlər ilə şişli toxumalardan suyu əmərək yaranı təmizləyici və daha başqa infeksiyaları önləyici təsirlərə malikdir.Bədən tərəfindən sintez edilə bilmədiyi üçün çöldən alınması lazımlı esansiyel amin turşularının hamısı balda olur.Haricen istifadə edilən bal romazitmal xəstəliklərdə rahatlaşdırıcı təsir göstərər.Qansızlığı önləyər. Qaraciyəri qoruyar.Ürək əzələsinə gümrahlıq verər. Diş çürüklərini önləyici xüsusiyyəti vardır. Diş çürüyünə səbəb olan bakteriyaların çıxardığı turşu miqdarını azaldar.Ağız, boğaz və bronx infeksiyalarında istifadəsi bal faydaları arasındadır.  Zəncəfillə qarışdırılıb yenilən bal soyuq qəbulunluğu, qrip, soyuqdəymə kimi problemlərdə faydalı təsir göstərər.Früktoz və glikoz balda bolca olur. Fosfor və kalsium baxımından zəngindir. Toxu dağıtmasının çox olduğu vəziyyətlərdə yara yaxşılaşmasına kömək edici xüsusiyyəti olur.Yaraların balla müalicə ediləbilcəği edilən araşdırmalarda görülmüşdür. Saç və dəri sağlamlığı üçün müsbət təsirlərdə olur. Tətbiq olunacaq bal maskası dərinin sallanmasını və qırışıqlıqların meydana gəlişini önləməyə kömək edər. Yaranın yayılmasını önləyici təsiri olur.Fərqli dərəcələrdə yaraların, yanıqların, kəsiklərin, dəri xoraların, ABsələrin və varikoz xoraların müalicəsində müsbət təsir göstərməkdədir.Bakteriya öldürücü maddə olan inhibini ehtiva edər. Balın turşusudası mikrob artıma və inkişafına qarşı təsir göstərər.Böyrək funksiyalarının təşkil edilməsinə köməkçidir.Yeməklərin daha sürətli həzm edilməsini təmin edər.Mədə və bağırsaqları yumşaldar.İsti suyla seyreltilip içilməsi qəbizlikdə rahatlaşdırıcıdır.Limon-isə içindeki asitnən infeksiyalarla savaşır.Ürək tutması, ürək-damar xəstəlikəri ve xərçəng kimi xəstəlikərdən  bədəni qoruyan bir antioksidandır.Təziqi düşürdür.Üzə parlaqlıq verir. Qaraciyəri təmizləyir.Soyuq dəyməyə faydalıdır.Diş minasını gücləndirir.Sümük əriməsinin qarşısını alır.

Nəhayət qarışımın hazırlanmasını videoda izləyə bilərsiniz.

29 Ocak 2015 Perşembe

Evdə təbii öskürək konfetləri

Mənim kimi kimyəvi tərkibli dərmanların əleyhinə olan və məcbur qalmadıqca istifadə etməyənlər üçün həm faydalı həmdə dadlı konfetlər.Bunları həm konfet kimi həmdə çayınıza qataraq içə bilərsiniz.Videoda hazırlanışı göstərilib.Ancaq İngiliscə bilməyənlər üçün azərbaycan dilində birdə  tərkibini və əlavə olaraq faydalarını yazıram.

Tərkibi :
1 stəkan şəkər tozu,
0,5 stəkan su
1 yemək qaşığı Limon suyu
1 yemək qaşığı təbii bal
1/2 çay qaşığı zəncəfil tozu 
1/4 çay qaşığı mixək tozu
Limon suyu tərkibindəki C vitamini ilə imuniteti gücləndirir,Həzmsizliyə,şişkinliyə və həzmə kömək edir.Dərinin qocalmasını gecikdirir.Boğaz iltihablanmasında isti su ilə qarışdırılıb içiləndə boğazı rahatladır.
Balın faydasını saymaqla bitməz.Qanı artırır,bəlğəmi qurdur,Diş ətini gücləndirir,həzmi rahatlaşdırır. Ürəyi gücləndirir.Zəhərlənmələrə,damar sərtliyinə,uşaqların inkişafına demək olar ki bal hər dərdə dəvadır.
Zəncəfil faydalarına gəldikdə isə qanı durulaşdırır , təmizləyir.Antidepresan təsiri var,sakitləşdirir.Ürəyin ritmini düzəldir.Unutqanlığı azaldır,İştahı açır.Soyuq dəymə və qripə qarşı faydalıdır.
Mixək isə antiseptikdir.Mikrobları öldürür.Öskürəyi kəsir.Tempraturu aşağı salır.Tənəffüs sistemi üçün faydalıdır.
Şəkəri burada dad qatmaq üçün istifadə edirik.Şəkərin tək faydasının pozitiv düşüncəyə köməklik etdiyini deyirlər.Ancaq ümümi götürsək insan orqanizminə xeyrindən çox ziyanı var.Dərmanlarda və qidalarda dad qatmaq üçün, dadlı şirniyyatlar üçün  isə idealdır.

Beləliklə Hazırlanışını videoda izləyə bilərsiniz.
Bu isə mənim hazırladığım konfetlər))

21 Ocak 2015 Çarşamba

Evdə qiyməli pide

Bu reseptlə ətli pidenin demək olarki restorandan fərqi olmur.Ümumiyyətlə bu xəmirlə nəyinki pide pizzada hazırlamaq olar.
Xəmir üçün yarım paket yaş maya (mən yaş mayaya üstünlük verirəm əgər yoxdusa 1 paket quru maya) 1 stəkan ilıq süd,1 yemək qaşığı şəkər,1 armudu stəkan günəbaxan yağı və azca duz əlavə edin üzərinə birazda un əlavə edərək sıyıq kimi məhlul düzəldirik.Bu məhlul istidə yarım saat saat qalıb qalxdıqdan sonra qalan unu əlavə edib yoğururq.Sonra xəmirin gəlməsi üçün bir kənara qoyub.Pidenin içini hazırlayırıq.Qıyma,soğanla birlikdə qovrulur üzərinə pomidor və xırda doğranmış bibər əlavə edilərək.İstəyimizə uyğun duzlayıb,istiotlayaraq azca sulu istəyimizə uyğun içliyi hazırlayırıq.Xəmir gəldikdən sonra  kündələrə ayırır pide şəkli verdikdən sonra içliyi qoyub, kənarlarına yumurta sarısı sürtüb sobada 180 dərəcədə bişiriik.İstəsəniz hazır olana yaxın holland pendiri və yaxud 1 yumurta çırpib təkrar sobaya verə bilərsiniz.Nuş olsun!

8 Ocak 2015 Perşembe

Şəftəli pirojnası

Bu resept həm gözünüzə həmdə damaq dadınıza xitab edəcək.

  • Tərkibi 
  • un - 3-3,5 st,
  • kərə yağı - 60 q,
  • xama - 2 yemək qaşığı
  • şəkər - 1 st
  • vanil - 1 çay qaşığı,
  • yumurta - 2 ədəd,
  • qabartma tozu- 0,5-1 çay qaşığı,

krem üçün
  • bişmiş qatılaşdırılmış süd - 0,5 banka,
  • qoz - 30-50 г
  • qida boyası və ya çuğundur və kök suyu
Hazırlanışı.  
Şəkər tozu yumurta ilə çırpılır.Kərə yağı,xama,vanil əlavə olunub yenə qarışdılır.Ələnmiş unu qabartma tozu ilə qarışdırıb yumurta qarışımına azar azar əlavə olunur və ehtiyatla qarışdırılır.Elastik bir xəmir əldə olunur.Xəmirdən şəftəli ölçüsündə yumrular kəsilir və onlarda iki hissəyə ayrılıb. Soba  listinə düzülür.190-210 dərəcədə 15-20 dəyqə bişirilir.Axca soyudulduqdan sonra balaca qaşıqla arxası oyulur krem vurulub qozla örtülür.Və iki hissə birləşdirilir.Sarı və qırmızı rəng vurulur və şəkər tozuna batırılıb süfrəyə verilir.

Alfredo souslu fettucini resepti

Xəmir yeməklərini, makaronu və pendiri çox sevən biri kimi İtalyan mətbəxinidə çox sevirəm. İtalyan yeməklərini dadarkən sadəcə yaşamaq üçün yeməyəcək.Yeməkdən ayrı bir zövq alacaqsınız.
Alfredo souslu,toyuqlu fettucinidə sevərək hazırladığım yeməklərdəndir.
Tərkibi: 1 paket fettucini makaron,1 toyuq döş əti,2 diş sarımsaq,6 yemək qaşığı zeytun yağı,200 qram qaymaq,1 armudu stəkan parmezan pendiri.
Əvvəlcə toyuq kubik şəklində doğranıb azca zeytun yağında qovrulur.döyülmüş sarımsaq əlavə edilib yenə qovrulur.Hazır oldana yaxın duz,istiot.fəsləyən qaymaq və parmezan pendiri əlavə olunub qarışdırılır.Başqa bir qabda su qaynadılır və fettuchini bişirilib süzülür.Fettuchinin üzərinə sous əlavə olunub süfrəyə verilir.Nuş olsun!

İdelist,karyerist,ayaqlarının üzərində durmağı bacaran qadınların sevərək izləyə biləcəyi filmlər

1.Предложение (2009)
The Proposal
Продолжительность: 99 мин.

Краткое описание: Главная героиня фильма — ответственная начальница, которой грозит высылка в Канаду. Ради того, чтобы избежать ссылки в край озер, героиня готова на все — даже фиктивно выскочить замуж за своего молодого ассистента…

2.Голая правда

The Ugly Truth

год
страна
слоган
«Мужские ценности против Женских идеалов»

Он — восходящая звезда нового телешоу, и его жизненное кредо — «секс, наркотики и рок-н-ролл», он совсем не признает равенство полов, политкорректность и так далее… В общем, настоящий мачо.

3.Служебный роман. Наше время

год
страна
слоган
«Фильм основан на реальном шедевре»

Ее зовут Людмила Калугина, она руководит крупным рейтинговым агентством, проводя жизнь в борьбе с конкурентами. Его — Анатолий Новосельцев, он работает финансовым аналитиком, а в свободное от работы время гоняет на мотоцикле и в одиночку воспитывает двоих детей: девочку и… еще одну девочку.

Она для него — начальница-мымра, он для нее — офисный планктон и законченный неудачник. Так и не узнали бы они ничего друг о друге, если бы не служебный роман…

4. Однажды в Вегасе
What Happens in Vegas
год
страна
слоган
«Ты везунчик!»

После ночи кутежа в Городе Грехов двое совершенно незнакомых людей просыпаются в одной постели и пытаются восстановить ход событий вечера. Оказывается, они поженились и взяли огромный джек-пот. И вот на свежую голову молодожены (каждый сам про себя) разрабатывают план, как отделаться от своей «второй половины» и получить весь куш. Там, где замешаны деньги, нет места любви. Хотя в Вегасе случается всякое…

5/Мисс Конгениальность
Miss Congeniality
год
страна
слоган
«У неё длинные ноги, чувственные губы и заряженный пистолет»
Действие фильма начинается в 1982 году в Нью-Джерси. Девочка-очкарик вступается за одноклассника и задает трепку местному хулигану. Прошли годы. И девочка Грэйси стала агентом ФБР. Ее направляют на конкурс красоты «Мисс Америка», где должен появиться серийный убийца по прозвищу «Гражданин». 

Грэйси срочно должна стать красавицей, чтобы изнутри, как участница конкурса разоблачить преступника, и в этом ей помогает опытный консультант Виктор. На наших глазах происходит метаморфоза: гадкий утенок превращается в леди. Грэйси попадает в смешные положения, но отовсюду выходит с честью, даже из дефиле в купальниках…

6/Мисс Конгениальность 2: Прекрасна и опасна
Miss Congeniality 2: Armed & Fabulous
События начинают разворачиваться вскоре после того, как агент ФБР Грейси Харт под видом одной из конкурсанток успешно справляется с важным заданием на конкурсе красоты «Мисс Америка». После своих геройских подвигов, сделавших ее звездой телевидения и прессы, Грейси начинает уделять все меньше времени оперативной работе, занимаясь написанием книги и съемками в различных телешоу.

Когда же выясняется, что ее друзей — победительницу конкурса красоты Шерил и импресарио Стэна — похищают в Лас-Вегасе, попытки Грейси вернуться на проторенную стезю и спасти друзей приводят к конфликту с руководством ФБР, которое не хочет терять визитную карточку своей организации в её лице, опасаясь, что она может провалить операцию…

7/Ноттинг Хилл
Notting Hill

год
страна
слоган
«Can the most famous film star in the world fall for just an ordinary guy?»
Романтическая комедия рассказывает историю о скромном владельце книжного магазина в Ноттинг Хилл (один из районов Лондона), жизнь которого резко меняется после того, как однажды кинозвезда заходит к нему в маленький книжный магазинчик, чтобы купить путеводитель…
8/Из 13 в 30
13 Going on 30

год
страна
слоган
«У каждой женщины есть маленькая тайна и она действительно удивительна»
Дети так отчаянно хотят быть взрослыми, не догадываясь, что пройдут годы, и они так же страстно захотят обратного. Но так как в нашем мире все еще случаются чудеса, некоторым не приходится ждать долго, чтобы убедиться в этом. Сегодня Дженни всего 13 и она очень хочет стать большой. Видимо, ее желание попадает по нужному адресу, поскольку на утро она просыпается… 30-летней красавицей!

Словно кто-то перемотал пленку с 17 годами жизни. Самое время кричать «ура»? Только вот какая штука: для всех эти годы прошли обычным порядком, но во взрослой Дженни, оказывается душа девочки-подростка, что постоянно приводит к забавным недоразумениям и ставит в тупик окружающих…
9/Шопоголик
Confessions of a Shopaholic

год
страна
слоган
«Это не лечится…»

Молодая девушка, помешанная на шопинге и дорогой одежде, живет в состоянии войны между своим банковским лимитом и искушениями большого города. При этом по профессии она — журналист финансового издания, щедро раздающего советы по правильному управлению личным капиталом.
10/Секс в большом городе
Sex and the City

год
страна
слоган
«Оторвись с Кэрри»
Героини сериала «Секс в большом городе» вновь собираются вместе, чтобы поведать преданным поклонникам о своем гламурном житие-бытие. Кэрри, наконец-то, уговорила «мистера Бига» на женитьбу, Миранда решает проблемы с изменником-мужем, Шарлотта забеременела, а Саманта опять закрутила роман с молоденьким манекенщиком. Единственное, что осталось в их жизни неизменным так это их женская дружба, которая с годами лишь только крепнет.

11/Секс в большом городе 2
Sex and the City 2

год
страна
слоган
«Carrie on»
Безумное веселье, яркая мода и преданная дружба: «Секс в большом городе-2» снова дарит нам их, и даже больше, ведь Кэрри, Саманта, Шарлотта и Миранда готовы показать нам еще один «кусочек» их жизни в «Большом Яблоке» — и за его пределами, — как они устраивают свои дела и личную жизнь в этом действительно сверкающем сиквеле. 

Что происходит, когда сказано самое главное слово: «Да»? Жизнь становится такой, о которой мечтали подруги, но это был бы не «Секс в большом городе», если бы судьба не приготовила пару сюрпризов… на этот раз в виде гламурного, насыщенного солнцем приключения, которое уносит девушек из Нью-Йорка в одно из наиболее роскошных, экзотических и живописных местечек на земле, туда, где никогда не заканчивается веселье, где за каждым углом происходит что-то загадочное. В самый подходящий момент четыре закадычные подруги совершают своеобразный побег и оказываются вовлеченными в борьбу с традиционными представлениями о браке, материнстве и т. д и т. п. 

12/Блондинка в законе
Legally Blonde
год
страна
слоган
«Believing In Yourself NEVER Goes Out Of Style!»
У Эль Вудс кажется, есть все, что может пожелать современная девушка. Она — красавица, президент университетского женского клуба, носит звание «Мисс Июнь» но главное, она — натуральная блондинка. Ее бойфрэнд — лучший парень университета и единственное о чем она мечтает, это — стать миссис Уорнер Хантингтон III.

Но оказывается, Уорнер считает Эль слишком ветреной девушкой, и вместо долгожданного предложения руки и сердца он открывает Эль свои коварные планы, поступить в Гарвард на юридический факультет и жениться на умной интеллигентной девушке. Проведя пару недель в истерике и съев несколько кг. шоколадных конфет, Эль отправляется в Гарвард возвращать своего ненаглядного.

Своей любовью к эпатажу и розовому белью, она взбудоражила все почтенное население Гарварда, покачнув самые основы древнего университета. То как она это делает и чем это закончится, нужно видеть.