9 Nisan 2015 Perşembe

Turşu-qovurmalı plov

Tərkibi: 

plov: 
4 st. düyü (uzun növ: sədri, akulə və s.)
4 st. su
2 x.q. duz
300 q ərinmiş kərə yağı
3-4 yuxa 

turşu-qovurma (4 st düyü üçün): 
750 q ət 
200 q albuxara 
200 q ərik qurusu
200 q ağ alça qurusu
2-3 baş soğan 
300 q şabalıd 
200 q kərə yağı 
sarıkök

plovun üstünə: 
100 q kişmiş 

Plov

Düyünü yuyub duzlu, soyuq suda 3-4 saat saxlayın. Yuyun. Qazanda su qaynadın. Duz əlavə edin. Qaynayanda düyünü tökün. Kəfkirlə qarışdırın ki, lopalanıb yapışmasın. Düyü alaçiy bişəndə süzün. Üzərinə azca soyuq su səpin (düyünün həlimini yumaq üçün).

Ayrı qazançada ərinmiş kərə yağını qızdırın. 

Plov hazırlayacağınız qazanın dibinə 2-3 x.q. ərinmiş kərə yağı tökün. Yuxanı əl boyda parçalara ayırın. Qazanın dibinə arası yağlanmaqla 2-3 qat döşəyin (bu, çox əla üsuldur, evinizdə qazmaq həvəskarları varsa, bayram edəcəklər, çünki hər qat qızarır və qazmağın sayı çox olur. Həmçinin unutqan xanımlar üçün də yaxşıdır, aşağıdakı qat yanarsa, o biri qatlar salamat qalır). Üzərinə bir neçə kəfkir düyü səpin. Qazançada qızdırdığınız kərə yağından üzərinə gəzdirin. Düyünün qalanını da arası yağlanmaqla bir neçə dəfəyə döşəyin. Yuxarı hissəsini təpəcik kimi döşəyin. Taxta qaşığın dalı ilə düyünün üzərində bir neçə yerdən deşik açın. Ərinmiş yağ gəzdirin. Ortasına sarıkök səpin. 

Əgər zəfəranlı plov bişirmək istəyirsinizsə, o zaman əvvəlcədən zəfəranı dəmləmək lazımdır. Düyünü qaynamağa qoyanda zəfəranı da dəmləyin: 1-2 tutam zəfəranı  stəkana qoyun. Üzərinə stəkanın yarısından qaynar su tökün. Ağzını örtün. Təxminən 10 dəqiqə dəm alsın. Düyünü qazana döşəyib yağlayandan sonra üzərinə zəfəranlı suyu gəzdirin (zəfəranı süzmək lazım deyil).

Qazanın qapağını təmiz mətbəx dəsmalına bükün, ağzına kip örtün. Qazanı vam ocağın üzərində qızdırılan dəmirin üstünə qoyun. Qazanı 15 dəqiqədən bir fırladaraq təxminən 45 dəqiqə dəmdə saxlayın.  

Turşu-qovurma 

Əti tikələrə doğrayıb bişirin (təxminən albuxaradan bir qədər iri). Bulyonunu süzüb bir kənara qoyun. Əgər ət sümüklüdürsə, iri sümüklərdən təmizləyin. 

Şabalıdların başını çərtib qaynar suda 1-2 dəqiqə qaynadıb qabıqdan çıxardın.

Soğanı 2 bölüb uzunasına doğrayın. Tavada kərə yağında qovurun. Qızılı rəng alanda sarıkök səpin. Üzərinə növbə ilə ət, şabalıd, ərik, alça və albuxarı döşəyin, duz, istiot səpin (yenidən sarıkök səpə bilərsiniz), süzülmüş bulyon əlavə edin. Vam odda 15-20 dəqiqə bişirin. Şabalıdlar yumşaq olmalı, amma əzilməməlidir.

Balaca tavada 2 x.q. kərə yağında kişmişi qovurun. 

İri buluda plov çəkin. Üzərinə qazmaq düzün, qovrulmuş kişmişlə qaynar yağ gəzdirin. Turşu-qovurmanı ayrı qabda verin. 

Nuş olsun!

Hiç yorum yok:

Yorum Gönder

Fikirleriniz önemlidir!