Lazanya resepti
Tərkibi:
12 ədəd lazanya,
4 yemək qaşığı günəbaxan yağı
yarım kilo qiymə,
1 ortaboy soğan,
2 diş sarımsaq
2 yemək qaşığı tamat pastası
4 ədəd rəndələnmiş pomidor
duz,istiot
Beşamel sous üçün:
2 stəkan süd,
2 yemək qaşığı un
2 yemək qaşığı kərə yağı
duz,istiot,olsa azca muskat
və holland pendiri.
Әvvəlcə onu deyimki hansı yemək olursa olsun dadlı çıxmasını istəyirsinizsə istifadə etdiyiniz bütün ərzaqların keyfiyyətli olmasına diqqət yetirin.Әgər ərzaq keyfiyyətli olmazsa əziyyətinizin bir mənası qalmaz.Keçim reseptə bolonez sous yəni ətli qarışımı hazırlamaq üçün tavaya yağı əlavə edin,yağ qızdıqdan sonra sarımsaq,soğan və qiyməni əlavə edib gur xodda 5 dəqiqə qovurun. tamat pastasın əlavə edib azcada qovurun, sonra pomidor və azca su əlavə edərək zəif xodda azca qatı püolanadək bişirin.
Bu ərəfədə beşamel sousu hazırlayaq.tavaya kərə yağını əlavə edib qızdırın sonra unu əlavə edib qovurun.Südü əlavə edin və zəif xodda qatılaşanadək bişirin.duzunu istiotunu əlavə edin.Xama qatılığında olsa yetər. Bolonez büvə beşamel sous hazır olduqdan sonra keçək lazanyaya .Lazanyanı əvvəlcədən suda bişirməkdə olar ancaq mən bişirmirəm.Çünki bolonez sousun suyuna sobada özü yumuşalır.Borcama bolonez sousun suyundan azca tökün sonra üstünə lazanyaları düzün sıra ilə azca beşamel sous,bolonez sous və azcada holland pendiri tökün ,yenə bir qat lazanya düzün.Әn son qatta bütün beşamel sousu və rəndələnmiş holland pendiri töküb.200 dərəcə sobada 30 40 dəqiqə bişirin.Nuş olsun.Aşağıdakı videoda qısaca bu prosesi göre bilersiniz)
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!