21 ci əsrin xəstəlikləri..
21-ci əsr texnologiya dövrü..Texnologiya həyatımızın demək olarki hər hissəsindədi.Artıq ev işlərinin, ofis işlərinin demək olarki hamısında texnologiyanın yeniliklərindən istifadə edirik.Әvvəllər saatlar aparan işlər indi bir iki düyməni sıxmaqla həll olunur.Artıq rəssamlar belə əllərini rənglərə bulamadan planşetlərdə çəkirlər rəsmlərini. İstədiyin hər məlumat əlinin altında. Sözdə zaman qazandırır. Artıq heçkim heçkimdən uzaq deyil. Sözdə yaxınlaşdırır.
Ancaq doğrdanda belədirmi? Mən razı deyiləm. Özünü öldürənlərin, depressiv və yalnız insanların sayı günü gündən artır.Әsəbi uşaqlar, dağılmış ailələr və yalanların sayı hər keçən gün dahada artır. Texnologiya bir çox problemə çarə olsada özüylə minlərlə yeni problemi gətirdi. Texnologiya düşməni deyiləm. Mənim qarşı olduğum tənbəllik, rahatçılıq və duyarsızlıq və aludəçilikdi. Ancaq açıqcası texnologiyanın olmadığı o zamanda yaşamaq istərdim.Gerçək sevgi, gerçək dostluq, gerçək duyğuların olduğu o zamanda.İnsanlar ailəlikcə yığışar ağ qara bir fotoya yerləşdirərdi duyğularını. İndi isə instagram ,facebook səhifələrində minlərlə şəkil.Üzdə yalançı gülümsəmə, yalançı dostluqlar, sadəcə yarış. Әn çox kim gəzir,ən yaxşı kim geyinir, ən çox kimin dostları var, ən xoşbəxt kimdi yarışı. Әvvəllər sevgi var idi. Bu qədər asan deyildi sevirəm demək. Bu qədər asan deyildi əl-ələ tutmaq gəzmək.Bir gül işə xoşbəxt olan qızlar, ağlının gücü ilə öyünən oğlanlar var idi. Әsil dostluq var idi ta uşaqlıqlara dayanan.İndi isə uşaqların tək dostu kompüter oyunları. İndi sözdə hamı bir birini sevir, yüzlərlə dostlarımız var. Hərşeyin sözdə yaşandığı bir dövr. Çünkü zəhmət yoxdu zəhmətsiz heçbir duyğu gerçək deyil. Әvvəllər bizə zaman qazandıran texnologiya yox idi. Ancaq hamının kitab oxumağa, bir birinə ayırmağa vaxtı var idi.Әlinə silah almayan,əskərlikdən qaçan oğlanlar kompüter oyunlarında hansı levelə keçdiklərindən danışır. Hamı eyni musiqini dinləyir,eyni programa eyni filmə baxır, hamı bir biriylə yarışır və bir birini təkrarlayır. İstisnalarda var ancaq günü gündən azalır.Әn çox özünü aldadır insanlar,ən çox özünə yalan danışır..Ancaq hamının istədiyi tək birşey var gerçəklik,təmizlik. Heç birimiz zamanda yolçu olub o zamana gedə bilmərik.Ancaq istərdimki ən azından özümüz olaq. Bizi biz edən mənəvi dəyərlərimizi unutmayaq.
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!