31 Ocak 2014 Cuma
30 Ocak 2014 Perşembe
Ağ qara
21 ci əsrin xəstəlikləri..
21-ci əsr texnologiya dövrü..Texnologiya həyatımızın demək olarki hər hissəsindədi.Artıq ev işlərinin, ofis işlərinin demək olarki hamısında texnologiyanın yeniliklərindən istifadə edirik.Әvvəllər saatlar aparan işlər indi bir iki düyməni sıxmaqla həll olunur.Artıq rəssamlar belə əllərini rənglərə bulamadan planşetlərdə çəkirlər rəsmlərini. İstədiyin hər məlumat əlinin altında. Sözdə zaman qazandırır. Artıq heçkim heçkimdən uzaq deyil. Sözdə yaxınlaşdırır.
Ancaq doğrdanda belədirmi? Mən razı deyiləm. Özünü öldürənlərin, depressiv və yalnız insanların sayı günü gündən artır.Әsəbi uşaqlar, dağılmış ailələr və yalanların sayı hər keçən gün dahada artır. Texnologiya bir çox problemə çarə olsada özüylə minlərlə yeni problemi gətirdi. Texnologiya düşməni deyiləm. Mənim qarşı olduğum tənbəllik, rahatçılıq və duyarsızlıq və aludəçilikdi. Ancaq açıqcası texnologiyanın olmadığı o zamanda yaşamaq istərdim.Gerçək sevgi, gerçək dostluq, gerçək duyğuların olduğu o zamanda.İnsanlar ailəlikcə yığışar ağ qara bir fotoya yerləşdirərdi duyğularını. İndi isə instagram ,facebook səhifələrində minlərlə şəkil.Üzdə yalançı gülümsəmə, yalançı dostluqlar, sadəcə yarış. Әn çox kim gəzir,ən yaxşı kim geyinir, ən çox kimin dostları var, ən xoşbəxt kimdi yarışı. Әvvəllər sevgi var idi. Bu qədər asan deyildi sevirəm demək. Bu qədər asan deyildi əl-ələ tutmaq gəzmək.Bir gül işə xoşbəxt olan qızlar, ağlının gücü ilə öyünən oğlanlar var idi. Әsil dostluq var idi ta uşaqlıqlara dayanan.İndi isə uşaqların tək dostu kompüter oyunları. İndi sözdə hamı bir birini sevir, yüzlərlə dostlarımız var. Hərşeyin sözdə yaşandığı bir dövr. Çünkü zəhmət yoxdu zəhmətsiz heçbir duyğu gerçək deyil. Әvvəllər bizə zaman qazandıran texnologiya yox idi. Ancaq hamının kitab oxumağa, bir birinə ayırmağa vaxtı var idi.Әlinə silah almayan,əskərlikdən qaçan oğlanlar kompüter oyunlarında hansı levelə keçdiklərindən danışır. Hamı eyni musiqini dinləyir,eyni programa eyni filmə baxır, hamı bir biriylə yarışır və bir birini təkrarlayır. İstisnalarda var ancaq günü gündən azalır.Әn çox özünü aldadır insanlar,ən çox özünə yalan danışır..Ancaq hamının istədiyi tək birşey var gerçəklik,təmizlik. Heç birimiz zamanda yolçu olub o zamana gedə bilmərik.Ancaq istərdimki ən azından özümüz olaq. Bizi biz edən mənəvi dəyərlərimizi unutmayaq.
Xingəl resepti
Xingəl resepti
Qış aylarının ləziz təamı xingəl reseptini bilməyən yoxdur yəqinki.Ancaq yeenədə bilməyənlər üçün deyirəm.Un ,su və duzla orta sərtlikdə xəmir yoğrulur.Bir çoxu bu tərkibə yumurtanıda əlavə edir.Ancaq mən yumurtasız bişirirəm. Xəmiri bir kənara qoyuruq necə deyərlər biraz özünə gəlsin deyə. Bu ərəfədə üstünə əlavə etmək üçün soğan yağda qovrulur.Qiymə,toyuq və zövqünüzə uyğun olaraq nə istəsəniz əlavə edə bilərsiniz.Sonra xəmir nəzik yayılır, təpitmə etsəniz bir birinəyapışmaz.Bunun üçün yapışmaz tavanı qızdırın və dörd bucaq şəkildə kəsdiyiniz xəmirlərin qaynar tavada hər iki üzünü qurudun. Qaynayan suya duz əlavə edin.Xəmirləridə əlavə edib 5-6 dəqiqə bişirin. Süzüb sarımsaqlı qatıq və qiymə ilə süfrəyə verin.Nuş olsun
lazanya
Lazanya resepti
Tərkibi:
12 ədəd lazanya,
4 yemək qaşığı günəbaxan yağı
yarım kilo qiymə,
1 ortaboy soğan,
2 diş sarımsaq
2 yemək qaşığı tamat pastası
4 ədəd rəndələnmiş pomidor
duz,istiot
Beşamel sous üçün:
2 stəkan süd,
2 yemək qaşığı un
2 yemək qaşığı kərə yağı
duz,istiot,olsa azca muskat
və holland pendiri.
Әvvəlcə onu deyimki hansı yemək olursa olsun dadlı çıxmasını istəyirsinizsə istifadə etdiyiniz bütün ərzaqların keyfiyyətli olmasına diqqət yetirin.Әgər ərzaq keyfiyyətli olmazsa əziyyətinizin bir mənası qalmaz.Keçim reseptə bolonez sous yəni ətli qarışımı hazırlamaq üçün tavaya yağı əlavə edin,yağ qızdıqdan sonra sarımsaq,soğan və qiyməni əlavə edib gur xodda 5 dəqiqə qovurun. tamat pastasın əlavə edib azcada qovurun, sonra pomidor və azca su əlavə edərək zəif xodda azca qatı püolanadək bişirin.
Bu ərəfədə beşamel sousu hazırlayaq.tavaya kərə yağını əlavə edib qızdırın sonra unu əlavə edib qovurun.Südü əlavə edin və zəif xodda qatılaşanadək bişirin.duzunu istiotunu əlavə edin.Xama qatılığında olsa yetər. Bolonez büvə beşamel sous hazır olduqdan sonra keçək lazanyaya .Lazanyanı əvvəlcədən suda bişirməkdə olar ancaq mən bişirmirəm.Çünki bolonez sousun suyuna sobada özü yumuşalır.Borcama bolonez sousun suyundan azca tökün sonra üstünə lazanyaları düzün sıra ilə azca beşamel sous,bolonez sous və azcada holland pendiri tökün ,yenə bir qat lazanya düzün.Әn son qatta bütün beşamel sousu və rəndələnmiş holland pendiri töküb.200 dərəcə sobada 30 40 dəqiqə bişirin.Nuş olsun.Aşağıdakı videoda qısaca bu prosesi göre bilersiniz)
Kaydol:
Kayıtlar (Atom)