9 Nisan 2015 Perşembe

Şəkərbura və paxlava resepti

Şəkərbura(40 ədəd)
Lazım olan ərzaqlar:
  • 1 kq un
  • 250 qram kərə yağı
  • 3 ədəd yumurta 
  • 1 st Süd
  • 2xörək q. xama
  • 1/2 ç.q quru maya
  • duz

İçlik:
  • 500qram qovrulmuş fındıq
  • 500 qr şəkər tozu
  • 1/4 çay q.hil, 
  • vanil

Hazırlanışı
Südü qaba qoyub azca qızdırırıq,yağı əridirik.Maya ilıq südlə qarışdırılıb köpüklənənə qədər gözlənir.Unun ortasına mayanı, südü,yumurtanı,yağl və xamanı əlavə edirik.Normal xəmir yoğrulur.Selafan çəkib isti yerdə 1 saat saxlayırıq.İçlik hazırlayırıq.Fındığı qovurub təmizləyir.Sürtkəcli maşından keçirilir.Şəkər tozu,hil və vanil əlavə edib qarışdırırıq.Xəmir acıyacaq,Ancaq şəkərbura xəmirini çox saxlamaq məsləhət deyil.Xəmirdən 40 qr qozdan azca böyük 10 ədəd kündə hazırlanır.Kündənin birini götürüb 10 sm diametrində oxlovla yayırıq.içinə 2 çay qaşığı içlik qoyuruq kənarlarını ehtiyatla ağız-ağıza gətiririk. Elə etməliyik ki, içlik xəmirin kənarına dəyməsin, yoxsa bişən zaman şəkəburalar açıla bilər.Kənarını vintvari burub üstünə naxış vururuq, qənnadı təbəqəsinə yığıb 20 dəqiqə gözləyirik. Üstünün naxışı tam qurumalıdır ki, sobaya qoyanda naxışlar itməsin.Şəkərburanın ancaq alt hissəsi qızarmalıdır deyə sobada üst gözü yandırmaq lazım deyil. 20-25 dəqiqə ərzində 180 dərəcədə şəkərbura hazır olur. Sobadan çıxardığımız şəkərburanı süfrənin üstünə yığıb soyumasını gözləyirik.

Paxlava resepti (28-32 cm lik iki list paxlava üçün)
  • Un - 1k q
  • Kərə yağı - 250 q
  • Maya - 10 q
  • Yumurta -3ədəd
  • Süd - 1 st 
  • xama- 2 x.q
  • Vanil - 5 q
  • Duz

İçlik üçün:
Qoz ləpəsi - 1kq
Şəkər tozu - k q
Hil - 4-5 ədəd(1/3 ç.q)

Şərbət üçün:
(Hər tavaya 1 st şəkər tozu)
Şəkər tozu - 2 st.
Su - 1 st.

Üzəri üçün:
Yumurta sarısı - 2 ədəd
Zəfəran
Ləpə
Yağlamaq üçün 400-450 qr. kərə yağı

Paxlavanın hazırlanma qaydası

Xəmir şəkərbura xəmiri kimi hazırlanır.Acımağa qoyulur
  •    Xəmir 12 kündəyə (2 kündə böyük olmaq şərtilə) bölünür.
  •  Böyük kündələrdən biri açılıb formaya yayılır, üzərinə fırça ilə 2 x.q. ərinmiş kərə yağı çəkilir və bir az içlik səpilir. Digər kündələr də eyni qayda ilə yayılır, yağlanır və aralarına içlik əlavə edilir.
  •    Formaya qat-qat yığılan laylar romb şəklində doğranılır. Hər paxlavanın üzərinə qoz ləpəsi qoyulur.
  •    Üzərinə çəkmək üçün: zəfəran dəmlənir, 2 yumurtanın sarısı ilə qarışdırılıb paxlavanın üzərinə çəkilir. Paxlava öncədən 180 dərəcəyədək qızdırılmış sobaya yerləşdirilir.
  •   Şərbəti hazırlamaq üçün: şəkər tozu ilə su qarışdırılıb odun üzərində 15 dəq. qaynadılır və soyudulur.
  •       Paxlava sobada 20 dəq. qaldıqdan sonra çıxarılır, bir daha doğranılır və üzərinə 1 st. ərinmiş yağ gəzdirilib yenidən sobaya 15 dəq. yerləşdirilir.
  •      Hazır paxlavanın üzərinə şərbət gəzdirilir və 5 dəq. sobadan saxladıqdan sonra çıxarılıb soyudulur. 

Turşu-qovurmalı plov

Tərkibi: 

plov: 
4 st. düyü (uzun növ: sədri, akulə və s.)
4 st. su
2 x.q. duz
300 q ərinmiş kərə yağı
3-4 yuxa 

turşu-qovurma (4 st düyü üçün): 
750 q ət 
200 q albuxara 
200 q ərik qurusu
200 q ağ alça qurusu
2-3 baş soğan 
300 q şabalıd 
200 q kərə yağı 
sarıkök

plovun üstünə: 
100 q kişmiş 

Plov

Düyünü yuyub duzlu, soyuq suda 3-4 saat saxlayın. Yuyun. Qazanda su qaynadın. Duz əlavə edin. Qaynayanda düyünü tökün. Kəfkirlə qarışdırın ki, lopalanıb yapışmasın. Düyü alaçiy bişəndə süzün. Üzərinə azca soyuq su səpin (düyünün həlimini yumaq üçün).

Ayrı qazançada ərinmiş kərə yağını qızdırın. 

Plov hazırlayacağınız qazanın dibinə 2-3 x.q. ərinmiş kərə yağı tökün. Yuxanı əl boyda parçalara ayırın. Qazanın dibinə arası yağlanmaqla 2-3 qat döşəyin (bu, çox əla üsuldur, evinizdə qazmaq həvəskarları varsa, bayram edəcəklər, çünki hər qat qızarır və qazmağın sayı çox olur. Həmçinin unutqan xanımlar üçün də yaxşıdır, aşağıdakı qat yanarsa, o biri qatlar salamat qalır). Üzərinə bir neçə kəfkir düyü səpin. Qazançada qızdırdığınız kərə yağından üzərinə gəzdirin. Düyünün qalanını da arası yağlanmaqla bir neçə dəfəyə döşəyin. Yuxarı hissəsini təpəcik kimi döşəyin. Taxta qaşığın dalı ilə düyünün üzərində bir neçə yerdən deşik açın. Ərinmiş yağ gəzdirin. Ortasına sarıkök səpin. 

Əgər zəfəranlı plov bişirmək istəyirsinizsə, o zaman əvvəlcədən zəfəranı dəmləmək lazımdır. Düyünü qaynamağa qoyanda zəfəranı da dəmləyin: 1-2 tutam zəfəranı  stəkana qoyun. Üzərinə stəkanın yarısından qaynar su tökün. Ağzını örtün. Təxminən 10 dəqiqə dəm alsın. Düyünü qazana döşəyib yağlayandan sonra üzərinə zəfəranlı suyu gəzdirin (zəfəranı süzmək lazım deyil).

Qazanın qapağını təmiz mətbəx dəsmalına bükün, ağzına kip örtün. Qazanı vam ocağın üzərində qızdırılan dəmirin üstünə qoyun. Qazanı 15 dəqiqədən bir fırladaraq təxminən 45 dəqiqə dəmdə saxlayın.  

Turşu-qovurma 

Əti tikələrə doğrayıb bişirin (təxminən albuxaradan bir qədər iri). Bulyonunu süzüb bir kənara qoyun. Əgər ət sümüklüdürsə, iri sümüklərdən təmizləyin. 

Şabalıdların başını çərtib qaynar suda 1-2 dəqiqə qaynadıb qabıqdan çıxardın.

Soğanı 2 bölüb uzunasına doğrayın. Tavada kərə yağında qovurun. Qızılı rəng alanda sarıkök səpin. Üzərinə növbə ilə ət, şabalıd, ərik, alça və albuxarı döşəyin, duz, istiot səpin (yenidən sarıkök səpə bilərsiniz), süzülmüş bulyon əlavə edin. Vam odda 15-20 dəqiqə bişirin. Şabalıdlar yumşaq olmalı, amma əzilməməlidir.

Balaca tavada 2 x.q. kərə yağında kişmişi qovurun. 

İri buluda plov çəkin. Üzərinə qazmaq düzün, qovrulmuş kişmişlə qaynar yağ gəzdirin. Turşu-qovurmanı ayrı qabda verin. 

Nuş olsun!

Toyuq sote

Qırmızı bibərli toyuq sote

1 ədəd toyuğun ağ əti, 1 yaşıl bibər, 1 qırmızı bibər,1 soğan,duz ,istiot, sarıkök,duru yağ

Qoyuq sıvı yağda qızardılır, üzərinə  xırda doğranmış soğan,uzun doğranmış qırmızı və yaşıl bibər əlavə olunub qovrulur.Sarıkök,duz,istiot əlavə olunub bişirilir.Nuş olsun!

8 Nisan 2015 Çarşamba

Zebra ( Ebruli ) keks

Zebra ( ebruli) keksi

Tərkibi:
4 yumurta,
1 su st. şəkər
1 su st.ilıq su
1 su st. ilıq süd
3 stəkan un
0,5 su st. sıvı yağ
2 paket kabatrma tozu
2 paket vanil
3 yemık qaşığı kakao

Hazırlanması
Yumurta və şəkər mikserlə ağaranadək çalınır.Su,süd və sıvı yağ əlavə edilib yenə çalınır. Un, qabartma tozu və vanil ələkdən keçirilib yavaş yavaş əlavə edilir.Hazır məhlul iki hissəyə ayrılır.Bir hissəyə kakao əlavə edilib yenə qarışdırılır.Yağlanmış qaba 2 yemək qaşığı ağ,sonra ortasına 2 qaşıq kakaolu məhluldan əlavə edilir.Qarışımlar bitənə qədər belə davam edilir.Ancaq diqqət edin əgər keks kəsilərkən aralarında qatlar çox bilinsin istəyirsinizsə onda qaşıq sayını artırın.Ən son kürdanla və ya kibrit çöpü ilə ortadan kənara doğru,kənardanda ortaya doğru çəkilərək naxış vurulur.
180 dərəcə Qızdırılmış sobada 30-40 dəqiqə bişirilir.

Bifşteks resepti

Bifşteks resepti

4 sarımsaq- rəndədən keçirlir üzərinə 2 yemək qaşığı xardal,2 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı balzamik sirkəsi, 3 yemık qaşığl soya sosu,0,5 çay qaşığı duz, 1 çay qaşığı bal,qırmızı və qara istiot qarışdırılır.Qarışım iki dilim bifşteks ətlə birlikdə harmanlanıb ağzı kip bağlanır və soyuducuda 8-12 saat saxlanır.Sonra tökmə tava azca yağlanaraq dərəcəyədək qızdırılır. Ət qarışdırılmadan iki tərəfli qızardılır.Ancaq içinin tam bişməsini istəyirsinizsə tavadan sonra sobada 220 dərəcədə 5 -6 dəqiqə bişirə yaxud.Əti langet formasında incəltikdən sonra sosda saxlayıb bişirə bilərsiniz.