StereoTiplərimiz
Hamının özümüz kimi olmağını istəyir öz stereotiplərimizə görə qiymətləndirir və günahlandırıq hətta özümüzü belə.
Götürək elə milli stereotiplərimizi hər qadın "vaxtında" ailə həyatı qurmalı "vaxtında" bir oğlan bir qız evladı olmalı, oğlanın isə "yaxşı" maaşı, "yaxşı" işi və "yaxşı" maşını olmalıdı.Bu əsas stereotiplərdiki hansıki bir çox insanın həyatını korlayır. Bir çox qız xasiyyətini bilmədiyi,sevmədiyi bir insanla sırf "vaxtıdı" deyə ailə həyatı qurur. Oğlanlar sevmədiyi bir sənəti sırf "pulludu,yaxşıdı" deyə seçmək məcburiyyətində qalır.Birdə müəyyən qruplara məxsus stereotiplər var başı bağlı qadın və biraz üzündə saqqal olan kişi görəndə "molladı", "vəhabidi" yada siqaret çəkən yaxud qısa geyinən qız "tərbiyəsizdi" , sərbəst həyat keçirən oğlan "avaradı" . Rayon ləhcəsiylə danışan "çuşkadı". Nəticə bir-birinin təkrarı bədbəxt insanlar. Axı kim yazıb bu "vaxtları", "yaxşılar" "tərbiyə" qanunlarını.Özümüz nəyi ediriksə yaxşı kimsə bunu etmirsə pisdi... Birdə hələ nəyinki başqalarını özlərinidə bir çərçəvəyə salırlar.Başqaları nə düşünər? Özləri başqaları haqqında dırnaq arası fikirləşirlər deyə addımlarınıda buna görə qorxa qorxa atır özlərini bir çox şeydən məhrum edirlər.Mənə görə xoşbəxtliyin bir tək düsturu var "başqalarından" azad olmaq. Buraxın bu başqalarını düşünüb, başqalarını yaşamaqdan. Nə sizi xoşbəxt edir onuda edin.Çünki o pis düşünən "başqaları" nə olursa olsun həmişə elə düşünəcək və sizdə "başqalarını" öz stereotiplərinizə görə qiymətləndirməyin, sorğulamayın və günahlandırmayın. Sən necə xoşbəxtsən elə yaşa burax kimdə necə xoşbəxtdir helə yaşasın. Bu haqda əslindəçox yazardım ancaq heçkimi dəyişə bilməyəcəyimi bildiyim üçün susuram)