Şəkərbura(40 ədəd)
Lazım olan ərzaqlar:
- 1 kq un
- 250 qram kərə yağı
- 3 ədəd yumurta
- 1 st Süd
- 2xörək q. xama
- 1/2 ç.q quru maya
- duz
İçlik:
- 500qram qovrulmuş fındıq
- 500 qr şəkər tozu
- 1/4 çay q.hil,
- vanil
Hazırlanışı
Südü qaba qoyub azca qızdırırıq,yağı əridirik.Maya ilıq südlə qarışdırılıb köpüklənənə qədər gözlənir.Unun ortasına mayanı, südü,yumurtanı,yağl və xamanı əlavə edirik.Normal xəmir yoğrulur.Selafan çəkib isti yerdə 1 saat saxlayırıq.İçlik hazırlayırıq.Fındığı qovurub təmizləyir.Sürtkəcli maşından keçirilir.Şəkər tozu,hil və vanil əlavə edib qarışdırırıq.Xəmir acıyacaq,Ancaq şəkərbura xəmirini çox saxlamaq məsləhət deyil.Xəmirdən 40 qr qozdan azca böyük 10 ədəd kündə hazırlanır.Kündənin birini götürüb 10 sm diametrində oxlovla yayırıq.içinə 2 çay qaşığı içlik qoyuruq kənarlarını ehtiyatla ağız-ağıza gətiririk. Elə etməliyik ki, içlik xəmirin kənarına dəyməsin, yoxsa bişən zaman şəkəburalar açıla bilər.Kənarını vintvari burub üstünə naxış vururuq, qənnadı təbəqəsinə yığıb 20 dəqiqə gözləyirik. Üstünün naxışı tam qurumalıdır ki, sobaya qoyanda naxışlar itməsin.Şəkərburanın ancaq alt hissəsi qızarmalıdır deyə sobada üst gözü yandırmaq lazım deyil. 20-25 dəqiqə ərzində 180 dərəcədə şəkərbura hazır olur. Sobadan çıxardığımız şəkərburanı süfrənin üstünə yığıb soyumasını gözləyirik.
Paxlava resepti (28-32 cm lik iki list paxlava üçün)
- Un - 1k q
- Kərə yağı - 250 q
- Maya - 10 q
- Yumurta -3ədəd
- Süd - 1 st
- xama- 2 x.q
- Vanil - 5 q
- Duz
Qoz ləpəsi - 1kq
Şəkər tozu - k q
Hil - 4-5 ədəd(1/3 ç.q)
Şərbət üçün:
Su - 1 st.
Üzəri üçün:
Yumurta sarısı - 2 ədəd
Zəfəran
Ləpə
Yağlamaq üçün 400-450 qr. kərə yağı
Paxlavanın hazırlanma qaydası
Xəmir şəkərbura xəmiri kimi hazırlanır.Acımağa qoyulur
- Xəmir 12 kündəyə (2 kündə böyük olmaq şərtilə) bölünür.
- Böyük kündələrdən biri açılıb formaya yayılır, üzərinə fırça ilə 2 x.q. ərinmiş kərə yağı çəkilir və bir az içlik səpilir. Digər kündələr də eyni qayda ilə yayılır, yağlanır və aralarına içlik əlavə edilir.
- Formaya qat-qat yığılan laylar romb şəklində doğranılır. Hər paxlavanın üzərinə qoz ləpəsi qoyulur.
- Üzərinə çəkmək üçün: zəfəran dəmlənir, 2 yumurtanın sarısı ilə qarışdırılıb paxlavanın üzərinə çəkilir. Paxlava öncədən 180 dərəcəyədək qızdırılmış sobaya yerləşdirilir.
- Şərbəti hazırlamaq üçün: şəkər tozu ilə su qarışdırılıb odun üzərində 15 dəq. qaynadılır və soyudulur.
- Paxlava sobada 20 dəq. qaldıqdan sonra çıxarılır, bir daha doğranılır və üzərinə 1 st. ərinmiş yağ gəzdirilib yenidən sobaya 15 dəq. yerləşdirilir.
- Hazır paxlavanın üzərinə şərbət gəzdirilir və 5 dəq. sobadan saxladıqdan sonra çıxarılıb soyudulur.
Hiç yorum yok:
Yorum Gönder
Fikirleriniz önemlidir!